Kanada müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıracaq
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 29 may, AZƏRTAC
Kanada hökuməti yaxın illərdə, o cümlədən NATO daxilində müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Devid Makqintiyə istinadla CBC telekanalı məlumat yayıb.
Məlumata görə, bu barədə Müdafiə Nazirliyinin rəhbəri Ottavada Kanada və xarici silah şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib. Nazir onları "Kanadanın müdafiə qabiliyyətinin yenidən qurulması" üçün federal büdcədən əhəmiyyətli məbləğlərin tezliklə ayrılmağa başlayacağı faktına hazır olmağa çağırıb. Ölkənin yeni büdcəsinin payızda təqdim ediləcəyi gözlənildiyi üçün Makqinti konkret parametrlər təqdim etməyib.

NATO ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa hazırlaşırlar
14 May 2025 10:07
Avropa İttifaqı müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
02 Mart 2025 01:05
ABŞ ordusu pilotsuz təyyarələrin istifadəsini əhəmiyyətli dərəcədə artıracaq
01 May 2025 13:14
SOCAR Türkiyə İzmir terminalının gücünü əhəmiyyətli dərəcədə artıracaq
06 Yanvar 2025 17:35
Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq
04 İyun 2025 22:44

