Kanada reklam sektorunda Meta ilə əlaqələri yeniləyəcək
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü CTV məlumat yayıb.
Verilən məlumata görə, xüsusilə Ottava təxminən 100 min Kanada dollarına (70 min dollar) korporasiyanın platformalarında reklam hüquqlarını almaq niyyətindədir.
2023-cü ildə Kanada səlahiyyətliləri "Meta"nın hərəkətlərindən narazı olduqları üçün "Meta"ya məxsus "Facebook" və "Instagram" ilə reklam əlaqələrini dayandıracaqlarını açıqlayıblar. Daha sonra ölkə rəqəmsal platformaları sosial şəbəkələrdə yerləşdirilmiş nəşrləri ilə bağlı Kanada KİV-ləri ilə kommersiya müqavilələri bağlamağa məcbur edən qanun qəbul edib. Bu tədbir jurnalistlərə dəstək məqsədi daşıyır, çünki 2008-ci ildən Kanadada 450-dən çox müxtəlif media orqanı bağlanıb.
Bundan sonra "Meta" Kanada media nəşrlərini "Facebook" və "Instagram" istifadəçiləri üçün əlçatmaz etmək qərarına gəlib.
Qadir, Bizimyol.info
Baxış sayı:61
Bu xəbər 06 Fevral 2025 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















