Kanada və Azərbaycanın XİN rəhbərləri müzakirə apardılar
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
"Unikal" xəbər verir ki, müzakirələr Kanadanın xarici işlər naziri Anita Anand ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında aparılıb və A. Anand bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Bu səhər mən Azərbaycanın xarici işlər naziri C. Bayramov ilə Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə danışdım", - o yazıb.
Kanadanın XİN rəhbəri bildirib ki, Cənubi Qafqazdakı proseslər və həll olunmamış məsələlərin nizamlanması da daxil olmaqla, davamlı və uzunmüddətli sülhün əhəmiyyəti müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 02 İyun 2026 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















