Kanadada Amerika məhsullarının satışı azalıb
Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında Amerika məhsullarının satışı sürətlə azalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Kanada ərzaq pərakəndə satış şirkətlərinin ana şirkəti "Empire Comany"nin baş direktoru Maykl Medlayn məsələ ilə bağlı açıqlama verib.
O qeyd edib ki, ümumi satışlarda Amerika məhsullarının payı sürətlə azalır.
Müştərilərindən Kanada məhsullarını istədiklərini yüksək və aydın şəkildə eşitdiklərini ifadə edən Medline, şirkətin ABŞ məhsulları üçün satış ortalamasının son dövrlərdə yüzdə 12 azaldığını söyləyib.
Medlayn ABŞ-nin Kanadaya qarşı tarifləri qüvvəyə minməyə başladığı zaman şirkətinin əsas narahatlığının istehsal olduğunu ifadə edib.
Baxış sayı:129
Bu xəbər 14 Mart 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















