Icma.az
close
up
RU
Kanadada “Azərbaycan İrs Günü” adlı tədbir təşkil olunub

Kanadada “Azərbaycan İrs Günü” adlı tədbir təşkil olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 6 may, AZƏRTAC

Kanadanın Ontario Qanunvericilik Assambleyasında ilk dəfə olaraq “Azərbaycan İrs Günü” adlı tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təsis edilməsinin 10-cu ildönümünə həsr olunmuş tədbir Azərbaycanın və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirin moderatoru Kanadanın sabiq multikulturalizm və vətəndaşlıq naziri Toni Ruprext olub. O, “Vətən” təşkilatının Azərbaycanın zəngin tarixi-mədəni irsinin, adət-ənənələrinin Kanada da təbliği istiqamətində əvəzsiz rol oynadığını qeyd edib. T.Ruprext dəfələrlə bu təşkilatın tədbirlərinə qatıldığını və hər dəfə Azərbaycanla bağlı yeni, maraqlı məlumatlar öyrəndiyini bildirib.

Mərkəzin rəhbəri Lalin Həsənova qonaqlara iştirakları üçün minnətdarlığını ifadə edib və təşkilatın yaranma tarixindən söz açıb. O, həmçinin Toronto şəhərindəki Kanada Azərbaycan Evinin fəaliyyətini də diqqətə çatdırıb. “Biz elə bir ölkədə məskunlaşmışıq ki, köklərimizə bağlılığımızı itirməmək üçün bizə hərtərəfli imkanlar yaradılıb və biz də bunu dəyərləndiririk”, – deyə mərkəzin rəhbəri vurğulayıb.

Tədbirdəçıxış edən Ontario parlamentinin üzvləri - Rudi Kuzetto, Mohamed Firin, Maykl Tibbolo, Şerif Sabavi, Kris Qlover, Ceymi Vest, Kristin Vonq-Tam, Stefani Buman, Andrea Hezel mərkəzin böyük işlər gördüyünü, bu işlərin sayəsində Azərbaycan haqqında dolğun informasiya əldə etdiklərini söyləyiblər. Deputat Andrea Hezel yubiley münasibətilə rəsmi təbrik məktubunu Lalin Həsənovaya təqdim edib. Tədbirin təşkilində xüsusi rolu olan deputat bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Tədbirdə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə şagirdlərin rəqsləri və nağara müəllimi Cəmhur Hüseynovun rəhbərliyi ilə nağara qrupunun ifaları alqışlarla qarşılanıb.

Günel İsmayılovanın pianonun müşayiəti ilə “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının rəhbəri Şervin Şadpurun ifasında səsləndirilən “Vətən” mahnısı tədbirə xüsusi ahəng qatıb.

Mərasimdə Kanada rəsmiləri, icma üzvləri ilə yanaşı, Türkiyə, Özbəkistan, Başqırdıstan, Krım Tatarları, Türkmənistan və s. türk xalqlarının icma rəhbərləri də iştirak ediblər.

Qeyd edək ki, “Vətən” İncəsənət və Mədəniyyət Mərkəzi xalqımızın milli dəyərlərini yaşadaraq yeni nəsillərə ötürməklə yanaşı, Azərbaycanın haqq səsinin Kanadada çatdırılması istiqamətində mühüm işlər də görür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri