Icma.az
close
up
RU

Kanadada ilk dəfə insanda quş qripi tapıldı

Kanadada insanlar arasında H5 quş qripi virusuna ilk yoluxma halı müəyyən edilib.

Modern.az xəbər verir ki, bu barədə Britaniya Kolumbiyası hökumətinin saytında məlumat verilib.

"Britaniya Kolumbiyasında bir şəxs H5 quş qripi üçün müsbət test verib. Bu, ölkədə H5 quş qripinin insanda ilk aşkarlanması halıdır", - məlumatda deyilir.

Xəstə yerli uşaq xəstəxanasında müalicə olunan yeniyetmədir. Xəstənin yaxınlarından heç birinin virusa yoluxmadığı məlum olub.

Qeyd edək ki, quş qripi quşların həzm və tənəffüs orqanlarına təsir edən virus xəstəliyidir. Çox öldürücüdür və insanlara keçə bilər.

seeBaxış sayı:39
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri