Icma.az
close
up
RU
Kanadada itlər də məktəbə gedir

Kanadada itlər də məktəbə gedir

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kanadada bəzi itlər günə adi məktəblilər kimi başlayır. Sahibləri uzun iş saatlarında evdə tək qalmamaları üçün itlərini xüsusi “it məktəblərinə” – gündüz baxım mərkəzlərinə göndərirlər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Səhər saatlarında evlərin qarşısına mikroavtobus gəlir, qapılar açılır və itlər gün ərzində müxtəlif fəaliyyətlərin keçirildiyi mərkəzlərə aparılır.

Bu xidmət "dog-daycare" -  gündüz baxımı formatında təşkil olunur. İtlər birbaşa evdən götürülərək baxım mərkəzinə çatdırılır. Gün ərzində onları oyunlar, gəzintilər, sosiallaşma məşğələləri, istirahət və mütəxəssislərin nəzarəti altında müxtəlif fəaliyyətlər gözləyir. Axşam saatlarında isə itlər yenidən evlərinə qaytarılır və sahiblərinə təhvil verilir.

Xidmətin məqsədi yalnız əyləncə deyil. Bu yanaşma itlərin tək qalmaqdan yaranan stressini azaldır, eyni zamanda sahiblərin rahatlığını təmin edir. İtlər qapalı məkanda tənha qalmaq əvəzinə, xüsusi hasarlanmış açıq sahələrdə qaçır, oynayır, dincəlir və digər itlərlə ünsiyyətdə olurlar.

Qrupların təhlükəsiz və sakit olması üçün hər bir it əvvəlcədən yoxlanılır və uyğunluq qiymətləndirilməsi aparılır. Mütəxəssislər bu təcrübənin getdikcə daha geniş yayıldığını bildirirlər, çünki bu üsul heyvanların uzun müddət tənha qalmasının qarşısını alır.

Hazırda itlər üçün baxım və nəqliyyat xidmətləri Kalyari Toronto və Kiçener–Vaterloo bölgələrində fəaliyyət göstərir. "Ruff and Puff" və "PawTrips" kimi şirkətlər kiçik avtobuslarla itləri birbaşa sahiblərinin evlərindən götürürlər.

Bu xidmətdən istifadə edən sahiblər bildirirlər ki, itləri günün sonunda evə daha sakit, xoşbəxt və yorğun qayıdır. Mütəxəssislərin fikrincə, bu format xüsusilə təkliyə çətin dözən, narahatlıq yaşayan və ya yüksək enerjiyə malik itlər üçün daha faydalıdır.
Sənan Bəhrəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Yanvar 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see409

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see352

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see247

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see236

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see212

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see211

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see209

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see207

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see203

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see197

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see185

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see184

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see181

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see174

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see172

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see168

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see166

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see165

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see164

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri