Kanadada meşə yanğınları səbəbindən 20 min nəfər təxliyə edildi
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kanadanın qərbində sürətlə yayılan meşə yanğınları səbəbindən son sutka ərzində təxminən 20 min nəfər təxliyə edilib.
Hurriyyet.Media CNN-ə istinadən xəbər verir ki, Britaniya Kolumbiyası əyalətinin Sammerlend və Piçlend şəhərlərinin sakinləri yanğının yaşayış evlərinə yaxınlaşması səbəbindən təcili şəkildə ərazidən çıxarılıblar.
Məlumata görə, bölgələrdən birində meşə yanğını bir neçə saat ərzində təxminən 50 kvadratkilometr ərazini əhatə edib.
Təbii fəlakət səbəbindən Britaniya Kolumbiyasında avqustun 8-də fövqəladə vəziyyət elan edilib.
Avqustun 9-u səhər saatlarınadək yanğınların ümumi sahəsi təxminən 100 kvadratkilometrə çatıb.
Bu mövzuda digər xəbərlər:Kanadada meşə yanğınları səbəbindən insanlar helikopterlərlə təxliyə edilir
09 Avqust 2026 23:22
Kanadada meşə yanğını: 20 mindən çox sakin təxliyə edildi
29 May 2025 21:13
Kanadada meşə yanğınları: Əhalinin təxliyyəsinə başlanılıb
29 May 2025 11:21
Kanadada fövqəladə vəziyyət elan edildi: Meşə yanğınları genişlənir
30 May 2025 14:50
Kaliforniyada meşə yanğınları səbəbindən 30 min nəfər təxliyə edilib
08 Yanvar 2025 11:59
Baxış sayı:145
Bu xəbər 22 Avqust 2026 01:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















