Kanadada qızılca xəstəliyinə yoluxma kəskin artıb AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 noyabr, AZƏRTAC
Kanadada 2015-ci ildən bəri ən böyük qızılca epidemiyası yayılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, bu ilin əvvəlindən ölkədə 130 qızılcaya yoluxma halı qeydə alınıb və bir nəfər ölüb. Epidemiya ölkənin altı regionunda - Alberta, Britaniya Kolumbiyası, Kvebek, Nyu-Brunsvik, Ontario və Saskaçevanda qeydə alınıb. Son bir həftə ərzində daha 30 nəfər qızılcaya yoluxub.
2023-cü ildə Səhiyyə Nazirliyi bu xəstəliyə 12 yoluxma faktını qeydə alıb. Kanadada sonuncu dəfə 2015-ci ildə qızılca xəstəliyinə 113 nəfər yoluxmuşdu.
Baxış sayı:135
Bu xəbər 23 Noyabr 2024 05:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















