Icma.az
close
up
RU
Kanadada timsah dişlərinin izləri olan nəhəng pterozavr qalıqları tapılıb

Kanadada timsah dişlərinin izləri olan nəhəng pterozavr qalıqları tapılıb

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Kanadanın Alberta əyalətində paleontoloqlar sümüklərində qədim timsahın dişlərinin izlərini daşıyan “Cryodrakon boreas” növünə aid nəhəng pterozavrın gənc fərdinin qalıqlarını aşkar ediblər. Britaniyanın Ridinq Universitetinin mətbuat xidməti xəbər verir ki, bu, Yerdəki bu ən böyük uçan canlıların mezozoy erasının timsahlarının qida mənbəyinin bir hissəsi olduğunu deməyə əsas verir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Ridinq Universitetinin dosenti Brayan Pikl tapıntı ilə bağlı deyib: “Belə nadir tapıntılar dinozavrlar dövründə heyvan növlərinin qarşılıqlı əlaqəsi haqqında anlayışımızı əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir. Biz hələ ki, bu pterozavrın timsah tərəfindən dişləndiyi vaxt sağ və ya ölü olub-olmadığını deyə bilmərik. Bu, timsahların təxminən 70 milyon il əvvəl vaxtaşırı pterozavrları ovladığını və ya yediyini göstərir”.

Alimlər Albertanın cənubunda, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Dinozavr Əyalət Parkının ərazisində bu yaxınlarda tapılmış “Cryodrakon boreas” pterozavr növünün sümük izlərini tədqiq edərkən bu kəşfə nail olublar. Burada Təbaşir dövrünün sonunda əmələ gəlmiş süxurlar yerləşir və Mezozoy erasının son nəhəng sürünənlərinin bəzilərinin çoxlu qalıqları var.

Bunlara Yer kürəsində indiyə qədər yaşamış ən böyük uçan canlılar olduğu düşünülən “Cryodrakon boreas” pterozavrları daxildir. Yetkinlərin hündürlüyü zürafələrlə müqayisə oluna bilərdi, həmçinin qanadları təxminən 10 metr və təxmini çəkisi 150-240 kiloqram idi. İndi paleontoloqların inandığı kimi, həyat tərzi və qidalanma baxımından bu canlılar ən çox müasir leyləklərə bənzəyirdi.

Bu nəhəng uçan yırtıcılar paleontoloqların kəşf etdiyi kimi, bəzən Mezozoy dövrünün digər iri heyvanlarının - qalıqları tez-tez Dinozavr Əyalət Parkının ərazisində tapılan “Leidyosuchus canadensis” və ya “Albertochampsa langstoni” növlərinin timsahlarının ovuna çevrilirdi. 2023-cü ildə kanadalı paleontoloqlar tərəfindən tapılan gənc fərdlərdən birinin fəqərələrində elm adamlarının qədim timsahların dişlərinin buraxdığı bir neçə çuxur və dəlik aşkar etməsi də bunu təsdiqləyir.

Tədqiqatçılar qeyd edirlər ki, keçmişdə də paleontoloqlar Təbaşir dövrünə aid iri pterozavrların sümüklərini tapıblar. Bu sümüklərdə yırtıcı dinozavrların dişlərinin izləri var. Onlar belə qənaətə gəliblər ki, timsahların buraxdığı oxşar izlərin tapılması Yerdəki ən böyük uçan sürünənlərin “təbii düşmənləri”nin siyahısını xeyli genişləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Yanvar 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri