Kanadalı tennisçi xərçəng xəstəliyi ilə bağlı iki əməliyyat keçirib
Icma.az, Report.az portalına istinadən məlumat verir.
2023-cü ildə ABŞ Açıq çempionatının qadın cütlüklərin yarışında qalib olmuş kanadalı tennisçi Qabriela Dabrovski 2024-cü ildə döş xərçəngi ilə bağlı iki əməliyyat keçirib.
"Report"un məlumatına görə, tennisçi bu barədə sosial şəbəkələrdə bildirib.
"Bütün bunlar qeyri-real görünür. Son altı ayda kortda daha çox gülümsədiyimi görürdünüzsə, bilin ki, bu səmimi idi. Hər şeyi itirmək təhlükəsi real olanda, malik olduğum şeylərin həqiqi qiymətini anlamağa başladım", - deyə o, söyləyib.
32 yaşlı idmançıya apreldə xərçəng diaqnozu qoyulub. Üç aylıq fasilədən sonra o, çıxış etdiyi ilk turnirdə Erin Rutliff ilə birlikdə Nottinqemdə keçirilən yarışda çempion olub. O, ABŞ Açıq çempionatından əvvəl şüa terapiyası keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 31 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















