Icma.az
close
up
RU
Kanadanın baş naziri: Tramp ölkəyə hörmət göstərməyincə heç bir danışıqlar olmayacaq

Kanadanın baş naziri: Tramp ölkəyə hörmət göstərməyincə heç bir danışıqlar olmayacaq

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kanadanın baş naziri Mark Karni, Kanadaya suveren dövlət kimi layiq olduğu hörməti göstərməyincə, ABŞ Prezidenti Donald Trampla “tam miqyaslı danışıqlar” aparılmayacağını söyləyib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, paytaxt Ottavada əyalət liderləri ilə görüşən Karni gündəmə bağlı qiymətləndirmələr edib.

Karni, Kanadanın "suveren bir dövlət olaraq layiq olduğu hörməti görməyincə" Trampla danışıqlar aparmayacağını, bunun "böyük tələb olmadığını" söyləyib.

Nəhayət, amerikalıların da Trampın ticarət siyasətinin qurbanı olacağını iddia edən Karni, Tramp administrasiyası ilə danışıqların hörmətlə və əhatəli şəkildə aparılacağına əminliyini ifadə edib.

ABŞ-ın Kanada və Meksikadan idxal etdiyi məhsullara 25 faizlik əlavə rüsum martın 4-dən başlayıb. Tramp daha sonra aprelin 2-dək "ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA)" çərçivəsində olan məhsullara tarif tətbiq etməyəcəklərini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp ölkənin polad və alüminium idxalına əlavə rüsumların martın 12-dən qüvvəyə minəcəyini açıqlayıb.

Martın 10-da Kanadanın ən sıx məskunlaşdığı Ontario əyalətinin baş naziri Duq Ford bəyan edib ki, Vaşinqton administrasiyası tariflər müqabilində ABŞ ştatlarına təqdim etdikləri elektrik enerjisinə 25 faiz əlavə rüsum tətbiq edəcək.

Ford, lazım gələrsə, bu nisbəti artırmaqdan çəkinməyəcəyini vurğulayaraq: “ABŞ bunu artırarsa, elektrik enerjisini tamamilə kəsməkdən çəkinməyəcəyəm. Amerika xalqı üçün çox təəssüf edirəm, çünki onlar bu ticarət müharibəsini başlatmayıblar. Bütün olanlara yalnız bir məsul şəxs var, o da prezident Trampdır”, - deyə qeyd edib.

Ağ Ev martın 12-də Kanadanın Ontario əyalətinə xəbərdarlıq edib ki, ABŞ-a elektrik enerjisini tamamilə kəsmək planları “ciddi nəticələrə” səbəb ola bilər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Mart 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri