Kanadanın baş naziri üçüncü dəfə etimadsızlıq səsverməsindən yayına bilib
Kanada Parlamentinin İcmalar Palatası (aşağı palatası) üçüncü dəfə müxalif Kanada Mühafizəkarlar Partiyasının Baş nazir Castin Trüdonun Liberal hökumətinə etimadsızlıq səsverməsi təqdim etmək təşəbbüsünü dəstəkləmədi. Bu barədə CPAC məlumat yayıb.
Etimadsızlıq təşəbbüsünü 152 deputat dəstəkləyib, 180 deputat əleyhinə çıxıb. Aşağı palatada 336 deputat var. Bunlardan 153-ü hakim Kanada Liberal Partiyasını (Trüdo üzvdür), 119-u isə Mühafizəkarlar Partiyasını təmsil edir.
Mühafizəkarlar payızda, sentyabr və oktyabr aylarında iki dəfə etimadsızlıq səsverməsi keçirdilər, lakin hər iki cəhd uğursuz oldu.
Kanadada növbəti parlament seçkiləri 2025-ci ilin oktyabrında keçiriləcək. Trüdo 2015-ci ildən ölkənin baş naziri vəzifəsini icra edir. Onun partiyası daha sonra 2019 və 2021-ci illərdə parlament seçkilərində qalib gəlib.
Oxuməni.az