“Kanadanın Fələstini tanıması ticarət sazişini çətinləşdirəcək” ABŞ prezidenti
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Kanadanın sentyabr ayında Fələstin dövlətini tanıyacağını açıqlamasının, bu ölkə ilə ticarət sazişinə nail olmağı çətinləşdirəcəyini bildirib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edərək Kanadanın qərarını tənqid edib.
“Bu, onlarla ticarət sazişi bağlamağımızı çox çətinləşdirəcək”, - deyə D.Tramp vurğulayıb.
Xatırladaq ki, Kanadanın Baş naziri Mark Karni İsrailin Qəzzadakı işğal siyasətini kəskin tənqid edərək, sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstini rəsmi olaraq dövlət kimi tanıyacaqlarını bəyan edib.
Trampın bu açıqlaması ABŞ-nin Fələstin məsələsindəki mövqeyi ilə Kanada arasında artmaqda olan diplomatik gərginliyi əks etdirir.
Ləman İlkin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 01 Avqust 2025 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















