Icma.az
close
up
RU
“Kanalizasiya və yağış suları evlərimizə dolur” Yeni Ramanadan ŞİKAYƏT VAR

“Kanalizasiya və yağış suları evlərimizə dolur” Yeni Ramanadan ŞİKAYƏT VAR

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni Ramana qəsəbəsində 2-ci sahə (tingçilik) deyilən ərazidə qrunt sularının hərəkəti üçün nəzərdə tutulan kanalın üzərinin naməlum səbəbdən doldurulması sakinlər üçün çətinlik yaradır.

Bununla bağlı Yeni Ramana sakini Teymur Nəsirov Bakıvaxtı.az-a şikayət ünvanlayıb.

Sözügedən ərazinin fotolarını göndərən şikayətçinin sözlərinə görə, orada qrunt sularının hərəkəti üçün kanal və suyun toplanaraq borular vasitəsilə kənar əraziyə (ehtimal sonda dəniz və ya digər iri kanala) axıdılması üçün nasosxana mövcuddur:

"Lakin hansısa şəxslər son bu kanalın üzərini doldurublar. Nəticədə sular nasosxanaya çata bilmir və həmin kanalın keçdiyi ərazilərdə suyun səviyyəsinin qalxmasına səbəb olur”.

Şikayətçi bildirib ki, kanalizasiya və yağış suları artıq evlərin həyətlərinə, yollara dolur:

“Bu, həm ekoloji cəhətdən antisanitariya vəziyyəti yaradır, həm də ölkəmizin yaşıl layihələri sürətlə icra etdiyi bir dövrdə geridəqalmışlıq kimi qəbul edilə bilər".

T.Nəsirov qeyd edib ki, həmin ərazidə kifayət qədər vətəndaş narazıdır və onlar elektron formada Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət ediblər.

"Üzləşdiyimiz problemlə bağlı müvafiq qurumların vəzifələrini yerinə yetirməsi mütləqdir. Ehtimal edirik ki, qurumlar bu barədə xəbərsizdir. Həmçinin ərazi tabeliyində olan İcra hakimiyyəti nümayəndlərindən xahiş edirik, məsələ araşdırılsın", - deyə şikayətçi vurğulayıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, qeyd olunan kanalın üzərində tikililərin olması hazırkı müşahidə olunan vəziyyətə səbəb olub.

"Məsələ ilə bağlı planlama işləri aparılır. Həmin ərazidəki vəziyyətə uyğun layihənin hazırlanması istiqamətində işlərin icrası üçün əraziyə baxış keçirilib. Sözügedən məsələdə çətinlik yaradan məqam ərazidə məskunlaşma ilə bağlı həm texniki, həm də hüquqi baxımından yanlışların müşahidə olunmasındadır. Qeyd olunan ünvanda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır", - deyə qurumdan bildirilib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Fevral 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri