Icma.az
close
up
RU
Kanalları silmişəm ki, verilişlərdəki düşük söhbətləri eşitməyim

Kanalları silmişəm ki, verilişlərdəki düşük söhbətləri eşitməyim

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

"Evdə bəzi özəl kanalları silmişəm ki, gözüm verilişlərdə gedən "düşük" söhbətləri görməsin. Təəssüf ki, görmək istəməsəm belə, bəzən sosial şəbəkədə qarşıma çıxır. Bayaq baxıram ki, IQ səviyyəsi yerlərdə sürünən bəzi müğənnilər çıxıb verilişdə “kimin toyu daha çoxdur, mənim ya filankəsin?” mövzusunda mübahisə edirlər.Müğənni Almaxanım Əhmədova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Almaxanım Əhmədova sosial şəbəkə hesabında yazıb. Sənətçi kanalları tənqid edib:

"Həqiqətən, görün necə vəziyyətdəyik ki, müğənni çıxıb konsert tarixlərini elan etmək əvəzinə bu ay 10 dənə, sentyabrda 20 dənə toyum var və sair kimi axmaq söhbətlər edir. Hələ bu azmış kimi aparıcı da deyir ki, bu ay toylardan nə qədər qazandın? Əziz sənətçilər, nə olar bir az özünüzü inkişaf etdirin. Toyda “Buleyli” oxumaqla heç bir inkişafdan söhbət gedə bilməz. Demirəm toyda əsər oxuyun. Fikrimi düzgün başa düşün. Bir az dünya mediasını izləyin, xarici müğənnilərin solo konsertlərinə baxın. Görün insanlar necə işlər ortaya qoyurlar. Toy, toy, toy...".

A.Əhmədova bildirib ki, bəzi kanalları evində "qara siyahı"ya atıb:

"Efirdə nə vaxtadək belə iyrənc söhbətlər gedəcək axı? Gənclər baxıb nədən maariflənəcək? Toya getməyi ayıb hesab etmirəm. Özüm də gedirəm. Amma bununla öyünmək sənətçinin bədbəxtçiliyidir. Bir sənətçi ki, 30 ildir ancaq  toy oxuyur, bir dəfə də olsun konsert verməyibsə, zal doldurmayıbsa, bu o sənətçinin sənətinin və zəka səviyyəsinin çöküşü deməkdir. Hələ konsert verməyi də qlobal uğur kimi təqdim edən sənətçiləri demirəm. Ay gözəl insan, bu zatən sənin işindir. Sən müğənnisənsə, konsert verməlisən. Burada qeyri-adi nə var ki? "Şok, şok, şok... Filankəs solo konsert verdi". Ay bala, bu müğənnidi də, başqa nə etməlidir? Müğənninin fəaliyyəti odur ki, konsert versin, yeni mahnılar və kliplər təqdim eləsin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://axsam.az
archiveBu xəbər 03 İyul 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri