Icma.az
close
up
RU
“Kanatı qırılan” Azərbaycan turizmi...

“Kanatı qırılan” Azərbaycan turizmi...

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Şəki yaylası” adlanan istirahət mərkəzində kanat trosunun qırılması nəticəsində baş verən və iki gənc insanın həyatına son qoyan məlum faciəli hadisəni səhlənkarlığınmı, işbazlığınmı, tamahkarlığınmı, biganəliyinmi ayağına yazmamızdan asılı olmayaraq, bu hadisə bir daha Azərbaycanda turizm sektorunun real durumunu ortaya qoymuş oldu. Ortaya qoymuş oldu ki, bir çox sahələrdə olduğu kimi, turizm sektorunda da dünya standartlarına çatmağımıza hələ çox var...

Həmin istirahət mərkəzi Azərbaycanın ən dilbər guşələrindən olan Şəkinin ucqar kəndlərindən birinin yaxınlığında yerləşir. Ancaq bölgələrimizi ziyarət etməyə üstünlük verən vətəndaşlarımız arasında populyarlaşan bu gözəl məkana gedən avtomobil yolunun özü belə əslində, kifayət qədər təhlükəlidir. Bunu həmin mərkəzə səfər edən istənilən sürücü təsdiqləyə bilər.

Mərkəzin özünə gəlincə, tədricən müəyyən abadlıq işləri görülən bu turizm obyektində ilk vaxtlar bir kanat quraşdırılmışdı. Özü də olduqca kustar üsulla. Burada kabina yoxdur, yalnız təhlükəsizlik kəməri ilə bağlanan insanlar həmin kanatla bir neçə yüz metr məsafədə, təxminən 30 metr, bəlkə də daha çox hündürlükdə havada sürüşürürlər. Sonra tələbatın çox olduğunu görən sahibkar daha bir kanat quraşdırdı, üstəlik, bir kanat da nisbətən daha aşağı hündürlükdə uşaqlar üçün quraşdırıldı. Lakin onun da hündürlüyü əslində, kifayət qədər yüksəkdir və burada da oxşar hadisə baş versəydi, uşaqlar arasında mütləq tələfat ola bilərdi. Sezar pizza

Obyekt sahibinin bu “kanat həvəsi” əlbəttə ki, təsadüfi deyildi. Çünki buranın əsas qazancı məhz kanatlar və “atraksion” deməyə dilimiz gəlməyən bir-iki primitiv avadanlıqdan toplanır. Doğrudur, “Şəki yaylası”na gələnlər həmişə çox olur, demək olar bütün yayı burada sıxlıq müşahidə edilir. Ancaq baxmayaraq ki, ərazidə bir neçə restoran və kafe var, insanların böyük əksəriyyəti, xüsusilə də gənclər buraya yalnız mənzərəyə baxmağa, gəzişməyə, şəkil çəkdirməyə və maksimum imkanları çatan kanata minməyə gəlirdilər. Çünki kafe və restoranlar çox bahadır, insanların alıcılıq qabiliyyətinə uyğun deyil. Ona görə də turizm mövsümünün ən qaynar dövründə belə bu iaşə obyektləri heç yarıya qədər də dolmur, olan-qalan müştərilər isə əsasən əcnəbilər olur. Əvəzində, kustar üsulla quraşdırılan, lazımi təhlükəsizlik standartlarına riayət olunmayan kanatlara həmişə növbə müşahidə edilir. Bu da insanların həyatını təhlükəyə ataraq pul qazanmaqdan başqa bir şey deyil...

Bu hadisənin istirahət mərkəzini işlədən sahibkara böyük sarsıntıya, mənəvi və maddi ziyana başa gələcəyi heç bir şübhə doğurmur. Əlbəttə ki, cinayət işi də açılacaq və cəzalandırılanlar da olacaq. Lakin həyatını itirən iki gənci geri qaytarmaq mümkün olmayacaq. Hansı ki, vaxtında görülməli olan təhlükəsizlik tədbirləri həyata keçirilsəydi, müvafiq qurumlar bu cür obyektlərə daha diqqətlə yanaşaraq, standartlara riayət olunmasına nəzarət etsəydi, bu faciə baş verməyə bilərdi...

Bu faciəli xəbər təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da oxunur və belə hadisələr Azərbaycanın dünyanın ən gözəl, füsunkar məmləkətlərindən biri olmasına baxmayaraq, zatən yüksək olmayan turizm reytinqlərini daha da zəiflədir.

Dövlət Statistika Komitəsinin yaydığı son məlumata görə, Azərbaycana xarici turist axını ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalıb. Əvəzində, məsələn, Azərbaycandan Gürcüstana istirahətə gedənlərin sayı 8 faiz artıb. Bunlara quru rəqəmlər, yaxud müvəqqəti hal kimi yanaşmaq doğru deyil. Bu cür faciəli hadisələr isə ölkə turizminin bahalıq, infrastruktur, rəqabət və s. problemlərinə bir də təhlükəsizlik problemini əlavə etmiş olur.

Bu sahədəki problemlərin həlli əlbəttə ki, kompleks və köklü yanaşma tələb edir. Çünki problem yalnız, məsələn, Dövlət Turizm Agentliyi, yaxud digər müvafiq dövlət qurumlarının fəaliyyəti, nəzarətsizliyi və ya konkret bir sahibkarın cinayət səviyyəsində yarıtmaz, səhlənkar işilə məhdudlaşmır. Burada müvafiq beynəlxalq təhlükəsizlik standartlarının tətbiqindən, normal rəqabət mühitinin yaradılmasından, müasir turizm obyektləri yaradılması üçün investisiya qoyuluşlarından tutmuş, bəzən “kəndxudanı gör, kəndi çap” prinsipi ilə işləyən sahibkarlıq mühitinin sağlamlaşdırılmasına, bəzi dövlət qurumlarının vətəndaşın həyatına, təhlükəsizliyinə biganə münasibətinə son qoyulmasına qədər bir çox həll edilməli olan məsələlər var. Və bunlar həll olunmayınca, təəssüf ki, “Şəki yaylası” bu cür faciələrin yaşandığı son obyekt olmayacaq...

Azpolitika.info


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Sentyabr 2026 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri