Icma.az
close
up
RU
Kandidin ifrat optimizmi

Kandidin ifrat optimizmi

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hər azad fikirli adam filosof deyil, ancaq hər filosof azad fikirlidir”.

“Kandid və Optimizm” əsərini ilk dəfə tələbə ikən oxumuşdum. Volterin bu ölümsüz əsəri həyatımı dəyişdirmədi, amma hafizəmdə silinməz izlər buraxdı. Dünya görüşümə təsir etdi, ən əsası da özümə olan güvənimi artırdı. Zarafatdırmı, ilk dəfə idi bir filosofun əsərini oxyurdum, həm də Volter kimi nəhəng bir filosofun.

Kandiddən o qədər danışmışdım ki, ətrafımda kitabı oxumayan qalmamışdı. “Kandid və Optimizm” Volterin ən çox nəşr edilən və ən çox oxunan əsəri olsa da görkəmli filosof onu bəyənmir, hətta müəlliflikdən belə imtina etmək istəmişdi sonralar.

Fəlsəfi povest olsa da sadə bir dillə yazılıb. Çəkilən filmlər, səhnəyə qoyulan tamaşalar isə yaddaşlarda qalmayıblar.

Hətta Leonard Bernstaynın eyni adlı müziklini belə bəyənməmişdim dinlədiyimdə. Adətən kitabı iki dəfə oxumuram, ancaq Volterin bu kitabını qırx yaşlarımda bir də əlimə aldım.

Kandidi, qız arkadaşı Kuniqunda və müəllimi Panqlosu unutmadım.  Oxuduğum ən “absurdistik” kitab idi. Volter qəhrəmanlarının dili ilə bol-bol ilahiyyatı, savaşları, ədəbiyyatı, incəsənəti və metafizikanı lənətləyir.

Povestdə doktor Panqlos sübut edir ki, “Dünyaların bu ən yaxşısında” hər şey hansısa bir məqsədlə yaradılıb. Və nə baş verirsə versin hər şey yaxşılığadır. Əsərin sonunda ölüm ayağında olmasına rəğmən Kandid durmadan təkrarlayır: “Dünyaların bu ən yaxşısında hər şey yaxşılığa doğrudur”..

Volter Kandidin sözləri ilə görkəmli alman filosofu Leybnitslə alay edir əslində. O, Leybnitsin “Bu Dünya mümkün ola biləcək bütün Dünyalardan ən yaxşısı olmasaydı Tanrı onu yaratmazdı” fikrini incə bir üslubda tənqid edir.

"Axmaq adam heç dəyişməyən, eyni qalan adamdır" yazırdı Volter.

Onu müxtəlif fəlsəfi düşərgələrə çəkməyə çalışdılar, lakin o, qütblərdəki ideyaları arasında dolaşırdı. Volter bu fikrini belə əsaslandırdı: “Hər azad fikirli adam filosof deyil, ancaq hər filosof azad fikirlidir”.

Bir yandan 18-ci əsrin fransız materialist fəlsəfəsi fonunda materialist olmaması ilə öyünür, digər yandan idealizmi də tənqid edirdi. O, sərt anti-klerikal idi, amma ateizmi də qəbul etmirdi. Həm deyirdi Allah yoxdur, həm də onun var olduğuna inanırdı. İsa Məsihin şəxsiyyətinə hörmət edir, ancaq xristianlıq və yəhudiliyə münasibətdə qəddar idi. Gah optimist olurdu, gah da pessimist, bəzən də skeptik.

"İnsan düşünməyə başlasa hər şey məhv olacaq" deyərək xalqa təhsil lazım deyil söyləyir,  ancaq hamı onu maarifçi olaraq qəbul edirdi. Belə bir eksentrik filosof idi Volter. Düşüncələrini, baxışlarını tez-tez dəyişsə də dəyişməyən bir şey vardı – onun ədəbi istedadı, cəsarəti və fəlsəfi mirası…

***

Son vaxtlar dünyada baş verənlər yorur məni. Pessimist olmamaq üçün dirənirəm. “Optimist olmaq lazımdır”, – təlqin etmək istəyirəm özümə. Bəlkə də elə buna görə 21 noyabrda gözümü açan kimi Kandid və onun ifrat optimizmini düşündüm. 

Günorta isə təsadüfən məlum oldu ki, 21 noyabr Volterin (1694-1778) doğum günüdür.

“Təsadüfə bir bax” dedim öz-özümə.  Yox, bələ təsadüf ola bilməz axı, bu, “Sinxronluq Fenomeni” deyilmi?..

Keçənlərdə demişdim ki, görkəmli psixiatr, analitik psixologiyanın banisi Karl Qustav Yunq ilə dahi alman fiziki, Nobel mükafatı laureatı Volfqanq Paulinin dostluğundan və onların “Sinxronluq Fenomeni” mövzulu məktublaşmalarından yazacam…

Yunq və Pauli haqda bu aralar çox düşünmüşəm deyəsən. Sinxronluq Fenomeni möcüzədir. Bir az xəlvət yapsam yazacam. Təkcənəlik gözəldir…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 Noyabr 2024 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri