“Kandidonun tələbi yaxşı futbol və yaxşı nəticələrdir”
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Sumqayıt” yeni mövsümə hazırlıqlarını davam etdirir. “Kimyaçılar” artıq iki yoxlama matçı keçirib. “Gənclik şəhəri” təmsilçisi “Qəbələ” və “Kəpəz”lə heç-heçə edib – 1:1, 0:0.
“Sumqayıt”ın futbolçusu Ayxan Süleymanlı “Futbolpress.az“a açıqlamasında toplanışı dəyərləndirdi:
“Hazırlığımız yaxşı gedir. İki yoxlama matçı keçirmişik. Məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Hər şey qaydasındadır”.
Cinah oyunçusu komandanın yeni baş məşqçisi Filipe Kandidodan söz açdı:
“Kandidonun tələbi yaxşı futbol və yaxşı nəticələrdir. Düzdür, hələ qısa zaman keçib və tam fəlsəfəsini alındıra bilirik desəm, doğru olmaz. Amma məşqlərdə futbolçular çox istəklidirlər və çalışırıq ki, bütün tapşırıqları icra edək. Məncə, pis də alınmır”.
Zədə səbəbindən ötən mövsümün böyük hissəsini buraxan Ayxan daha güclü qayıtmaq arzusunda olduğunu dedi:
“Ötən il mənim üçün ağır keçdi. Ciddi zədə aldım və sevdiyim futboldan uzaq qaldım. Bəlkə də, qismət bu imiş. İndi özümü çox yaxşı hiss edirəm. Məşqlərdə də maksimumu edirəm ki, əvvəlkindən daha güclü olum”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 27 İyul 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















