Icma.az
close
up
RU
Kansler İlham Əliyevə ZƏNG ETDİ

Kansler İlham Əliyevə ZƏNG ETDİ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 9-da Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Modern.az xəbər verir ki, Telefon danışığı əsnasında Kansler Olaf Şoltz Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib. Kansler Olaf Şoltz COP29 iqlim konfransının uğurla keçməsinin əhəmiyyətinə toxunaraq Almaniyanın yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini bildirib.

Dövlətimizin başçısı COP29-un ev sahibi və sədr ölkə kimi Azərbaycanın məqsədlərini qeyd edərək, tərəflər arasında körpülər qurmağa çalışdığını və nəticəyönümlü müzakirələrin aparılması üçün əlverişli platforma təmin etdiyini vurğulayıb.

Kansler Olaf Şoltz Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda, ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu deyərək, Ermənistanın konstitusional əsasda ölkəmizə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib. Dövlətimizin başçısı Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırladıb, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Noyabr 2024 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see361

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see323

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see304

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see296

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see288

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see283

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see279

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see277

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see244

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see238

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see229

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see224

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see224

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see223

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see220

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see218

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see212

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see211

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see210

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri