Icma.az
close
up
RU
Kapadokyada Azərbaycan ab havası Fotolar

Kapadokyada Azərbaycan ab havası Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Nevşehir vilayətinin Avanos rayonunda yerləşən və dünya şöhrətli Güray Muzeyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü və 15 İyun – Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə təşkil olunan önəmli fotosərgiyə ev sahibliyi edib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi, EkoAvrasiya Vəqfi, Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlığı Dərnəyi (TÜRKSİT) və Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgi bölgə rəsmilərinin və sənətsevərlərin böyük marağı ilə açılıb.

Açılış mərasimində Avanos rayonunun kaymakamı Osman Bilici, Azərbaycanın Ankaradakı Səfirliyinin müşaviri Füzuli Məcidli, EkoAvrasiya Vəqfinin Himayəçilər Şurasının sədri Hikmət Eren, TÜRKSİT İdarə Heyətinin sədri Kemal Kurnaz və çoxsaylı qonaqlar iştirak ediblər.

“Türkiyə-Azərbaycan qardaşlığı sarsılmaz təmələ malikdir”

Açılış mərasimində Azərbaycanın Ankaradakı Səfirliyinin müşaviri Füzuli Məcidli Türkiyə və Azərbaycan arasındakı möhkəm qardaşlıq bağlarına diqqət çəkərək bildirib ki, biz “Bir millət, iki dövlət” ideyasını yalnız sözlə deyil, tarix boyu əməli şəkildə yaşayan iki qardaş ölkəyik. Bu gün Kapadokiyanın bənzərsiz atmosferində nümayiş etdirdiyimiz fotoşəkillər də iki ölkənin ortaq taleyinin, sevincdə və kədərdə birlikdə olmasının rəmzidir. Bu güclü qardaşlığın kök salmasında, strateji tərəfdaşlığa çevrilməsində və bu günə qədər sarsılmaz inamla davam etməsində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən addımlarının və yorulmaz fəaliyyətinin mühüm rolu olub. Onun irsi bu gün də yolumuzu işıqlandırmağa davam edir.

Qafqazın strateji gücü və enerji potensialı

EkoAvrasiya Vəqfinin Himayəçilər Şurasının üzvü Ömər Önal çıxışında Azərbaycanın regional və qlobal əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, 
Qafqazın mərkəzində yerləşən Azərbaycan yalnız regional sabitliyin təminatçısı deyil, həm də qlobal tarazlığın mühüm iştirakçılarından biridir. Böyük enerji potensialı, beynəlxalq enerji və nəqliyyat layihələri sayəsində Azərbaycan dünya siyasəti və iqtisadiyyatında istiqamətverici mövqeyə yüksəlib. Güclü Azərbaycan, güclü Türk Dünyası deməkdir. EkoAvrasiya Vəqfi olaraq bu potensialın inkişafına və iki ölkə arasındakı iqtisadi-mədəni əməkdaşlığın daha da güclənməsinə töhfə verməkdən qürur duyuruq.

Şərqin ilk demokratik respublikası və demokratiya irsi

TÜRKSİT İdarə Heyətinin sədri Kemal Kurnaz isə Azərbaycanın tarixi missiyasından və dövlətçilik ənənələrindən bəhs edərək qeyd edib:

“Azərbaycanın müstəqillik uğrunda mübarizəsi bütün Türk Dünyası üçün qürur mənbəyidir. Düz 108 il əvvəl Şərqdə qurulan ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yalnız öz regionu üçün deyil, dünya demokratiyası üçün də müasir və qabaqcıl nümunə olub. Qadınlara seçmək və seçilmək hüququnun verilməsindən tutmuş müasir dövlət institutlarının yaradılmasına qədər atılan addımlar Azərbaycan xalqının azadlıq və demokratiyaya olan sarsılmaz inamını nümayiş etdirir. TÜRKSİT olaraq bu şanlı tarixin və vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın gələcək nəsillərə ötürülməsi üçün məsuliyyət daşımaqdan qürur duyuruq”.

Qeyd edək ki, Azərbaycanın tarixi və mədəni inkişafını, müstəqillik mübarizəsini və Ümummilli Lider Heydər Əliyevin həyatından unudulmaz anları əks etdirən fotoşəkillərdən ibarət sərgi qonaqlar və sənətsevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.









Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 İyun 2026 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri