Icma.az
close
up
RU
“Kapital Bank” COP29da iştirakını davam ETDİRİR

“Kapital Bank” COP29da iştirakını davam ETDİRİR

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Xəbər verdiyimiz kimi paytaxt Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başlayıb. Konvensiyanın tərəf dövlətlərinin prezidentlərinin, hökumət başçılarının, yüksəkvəzifəli şəxslərin iştirak etdiyi tədbirdə ölkənin birinci bankı “Kapital Bank” da “Paşa Holding”in nümayəndə heyətinin tərkibində iştirak edir.

Dayanıqlı inkişafa və ətraf mühitin qorunmasına daim həssas yanaşan “Kapital Bank” üçün bu tədbir xüsusi əhəmiyyət daşıyır. Belə ki, bankın COP29-da iştirakı iqlim dəyişikliyi ilə mübarizədə həm yerli, həm də qlobal səviyyədə töhfə vermək məqsədi daşıyır. Bu məqsədlə tədbirin Yaşıl Zona hissəsində “Kapital Bank”a məxsus stend qurulub. Stenddə bankın rəsmi nümayəndələri iştirakçılarla fikir mübadiləsi aparır, təcrübələrini bölüşür, qonaqların suallarını cavablandırırlar.

Eyni zamanda, bir neçə mövzuda təşkil edilən panellərdə “Kapital Bank”ın rəsmi nümayəndələri təmsil olunurlar. Tədbirin 2-ci günündə bankın İdarə Heyətinin sədri, baş icraçı direktor Fərid Hüseynov “Korportaiv Dayanıqlılıq” mövzusunda keçirilən paneldə spiker olaraq iştirak edib. Sədr çıxışında uzunmüddətli inkişafın təməlində məhz dayanıqlı yanaşmanın durduğunu vurğulayıb: “İqlim dəyişikliyi, sosial bərabərlik və etik idarəetmə kimi məsələlər müasir biznesin ayrılmaz tərkib hissəsidir. Dayanıqlı gələcək üçün ekoloji faktorlar nəzərə alınmalı, innovativ texnologiyalara sərmayə artırılmalıdır. Biz dayanıqlı maliyyə həlləri təqdim etməklə, yalnız müştərilərimizin deyil, eyni zamanda, bütün cəmiyyətin gələcəyini düşünürük”.

Tədbirin 4-cü günündə isə “Kapital bank”ın İdarə Heyətinin üzvü, baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə “Azərbaycanda Dayanıqlı KOS mühiti” mövzusunda baş tutacaq paneldə spiker olaraq iştirak edəcək.

Bu tarixi konfransın iştirakçısı olmaq istəyən hər kəs iticket.az saytından ödənişsiz olaraq bilet əldə edərək tədbirdə iştirak edə bilər.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — //kbl.az/prcrc.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Noyabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see368

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see317

Abdul Hüseynov: “Tarixi binaların sökülməsinə qərar verən şəxslər səlahiyyətlərindən yəqin düzgün istifadə edərlər”

17 İyun 2026 20:23see267

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

17 İyun 2026 19:24see253

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see210

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see195

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see185

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see184

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see180

2023 cü ildə bizə zəng vurdular ki, eviniz hazırdır Sakin şirkət tərəfindən aldadıldığını İDDİA ETDİ

17 İyun 2026 22:09see177

Bişirməzdən əvvəl hansı qidalar yuyulmamalıdır?

18 İyun 2026 00:13see175

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see173

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see170

Keyn matçın ən yaxşı oyunçusu seçildi Linekerə çatdı

18 İyun 2026 02:23see165

Tramp və Pezeşkian ABŞ İran sazişinin nüsxəsini imzalayıblar

18 İyun 2026 05:01see160

Zlatan İbrahimoviç Kriştiano Ronaldonu tənqid etdi

18 İyun 2026 06:00see159

Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək

17 İyun 2026 14:50see159

Zəngli saatın kənarında: təravətli və stresssiz oyanmağın ən yaxşı yolları

18 İyun 2026 19:54see157

Tramp: İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq

17 İyun 2026 21:48see156

Kənd təsərrüfatında 2030 cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

19 İyun 2026 00:47see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri