Icma.az
close
up
RU
Kapital Bank kartı olanların nəzərinə! TƏCİLİ MƏLUMAT KONKRET

Kapital Bank kartı olanların nəzərinə! TƏCİLİ MƏLUMAT KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həm dünyada, həm də ölkəmizdə kiberdələduzluqla bağlı həyəcan təbilinin çalındığı bir vaxtda insanlar hər gün yeni üsullarla aldadılırlar.

KONKRET.az-ın məlumatına görə, dələduzlar müxtəlif yollarla insanların inam və etibarını qazanaraq onları çıxılmaz vəziyyətə salır. Son zamanlar isə vətəndaşlara məxsus fiziki bank kartlarının aldadılaraq ələ keçirilməsi ilə bağlı dələduzluq halları artıb. Belə ki, müxtəlif yollarla vətəndaşlarla əlaqə quran dələduzlar onlara bank filallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər. Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları alınaraq dələduzluq əməllərində istifadə edilir.

Bəs bank kartını başqalarına vermək nə ilə nəticələnə bilər?

Fərdi məlumatların oğurlanması: Bank kartını və ona aid məlumatların 3-cü şəxsə ötürülməsi, eyni zamanda fərdi məlumatların da ötürülməsi deməkdir. Bununla da dələduzlar məlumatını əldə etdiyi şəxsin maliyyə hesabına giriş əldə edə və onun bütün bank əməliyyatlarına nəzarət edə bilirlər. Belə hallarda adətən aldadılan şəxslərin adı ilə qeyri-qanuni maliyyə əməliyyatları icra edilir. Xüsusən də qanunsuz yollarla əldə edilən vəsaitlərin izlərinin itirilməsi prosesində bu kimi kart hesabları istifadə edilə bilir.

Maliyyə itkiləri: Kartın başqasına verilməsi dələduza hesabdakı vəsaitdən istədiyi kimi istifadə etmək hüququ verir. Bu isə istifadəçiyə məxsus bütün bank hesablarını təhlükə altına ata və maliyyə itkisinə səbəb ola bilər.

Hüquqi nəticələr: Hər bir vətəndaş ona məxsus bank kartları ilə icra olunan əməliyyatlara qarşı cavabdehdir. Kartın başqasına verilməsi kart sahibinə hüquqi öhdəlik yaradır. 3-cü tərəfə verilən kartla hər hansı qanunsuz əməliyyat həyata keçirildikdə kart sahibi bu əməliyyatın nəticəsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Pulunuzu itirməmək və cinayətin bir hissəsi olmamaq üçün diqqətli olmaq çox vacibdir.

Kartınızı yalnız özünüz istifadə edin: Bank kartları yalnız bank hesabı açılan müştəriyə məxsusdur və onun istifadəsi üçün nəzərdə tutulub.

Şübhəli əməliyyatlar zamanı diqqətli olun: Kart hesablarınızı mütəmadi olaraq nəzarətdə saxlayın. Şübhəli əməliyyat, kartınızdan vəsait itkisi və ya gözlənilməz mənbədən mədaxil gördüyünüz halda dərhal müştərisi olduğunuz banka və hüquq mühafizə orqanlarına müraciət edin.

Dələduzlara aldanmayın: Sizdən bank kartlarınızı hansısa ödəniş və ya xidmət qarşılığında istəyən şəxslərə qarşı diqqətli olun. Kartınıza və ya bank hesabınıza dair məlumatlar yalnız sizə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Bu məlumatları sizdən istəyən şəxslərlə bağlı dərhal aidiyyatı orqanlara xəbər verməniz tövsiyə olunur.

Kapital Bank olaraq bir daha xatırladırıq ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı vətəndaşların da diqqətli olmaları, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Şübhəli hallarla qarşılaşdığınız zaman dərhal müştərisi olduğunuz bankın qaynar xəttinə xəbərdarlıq edin. Hər hansı şübhəli mesaj, zəng və ya sosial media hesabını görsəniz, dərhal müvafiq qurumlara və müştərisi olduğunuz banka bildirin. Beləliklə, başqalarının da kiberdələduzların hədəfinə çevrilməsinin qarşısını ala bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Fevral 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri