Icma.az
close
up
RU
Kapital Bank qeyri neft sektoru üzrə vergi rekordçusu seçildi

Kapital Bank qeyri neft sektoru üzrə vergi rekordçusu seçildi

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqtisadiyyat Nazirliyində ”Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəhbərləri, sahibkarlar və ekspertlər iştirak edib, ölkənin vergi siyasətində əldə olunan uğurlar və gələcək hədəflər müzakirə olunub. Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə sertifikatlar təqdim edilib. "Kapital Bank" “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” nominasiyasında sertifikata layiq görülüb.

Qeyd edək ki, forum İqtisadiyyat naziri Mikayıl Cabbarovun çıxışı ilə açılıb. Nazir vergi sisteminin ölkə iqtisadiyyatındakı rolunu vurğulayaraq, onun təkcə fiskal orqan deyil, həm də biznes mühitinin inkişafına, şəffaflığın artırılmasına və sahibkarlarla səmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasına xidmət edən bir institut olduğunu bildirib. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı məktub da səsləndirilib.

Ölkənin aparıcı maliyyə institutlarından biri olan "Kapital Bank" uzun illərdir qeyri-neft sektorunun inkişafına dəstək verir və sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıran layihələr həyata keçirir. Bankın vergi öhdəliklərinin icrasında fəallığı və iqtisadi şəffaflığın gücləndirilməsinə verdiyi töhfə bu sertifikatla qiymətləndirilib.

Tədbirdə çıxış edən rəsmilər vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes mühitinin şəffaflaşdırılması və sahibkarlığın dəstəklənməsi istiqamətində aparılan islahatların ölkə iqtisadiyyatına verdiyi müsbət təsiri vurğulayıblar. Kapital Bankın da qeyri-neft sektorunda vergi öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi bu siyasətin uğurlu nəticələrindən biri kimi qeyd olunub.  

"Kapital Bank" Azərbaycan Əmanət Bankının varisi kimi 151 ildir ki, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 5 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir. Ətraflı məlumat üçün: https://kapitalbank.az 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Fevral 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri