Icma.az
close
up
RU
“Kapital Bank”da yeni təyinatlar Foto

“Kapital Bank”da yeni təyinatlar Foto

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Kapital Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə bankda bir neçə yeni təyinat baş tutub. Belə ki, İdarə Heyətinin üzvü Baş Risk İnzibatçısı Cavid Mirzəyev Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsinə təyin edilib.

Cavid Mirzəyev 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2006-2009-cu illərdə isə “İqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. 2018-2020-ci illərdə London Biznes Məktəbində (London Business School) Executive MBA proqramını bitirib. O, karyerasına Azərbaycan Mərkəzi Bankında iqtisadçı olaraq başlayıb və Bank Nəzarəti departamentinin Xarici nəzarət şöbəsinin müdiri vəzifəsinədək yüksəlib. 2014-cü ildən etibarən fəaliyyətini “Kapital Bank” ASC-də davam etdirir. Bu müddət ərzində o, bankda Risklərin idarə edilməsi departamentinin direktoru və Baş Risk İnzibatçısı vəzifələrində çalışıb. 2019-cu ildən etibarən bankın İdarə Heyətinin üzvüdür.

Müşahidə Şurasının növbəti qərarı ilə bankın Təşkilati risklər və informasiya təhlükəsizliyi ofisinin lideri Ağarza Baxşiyevə də yeni səlahiyyətlər həvalə olunub. Belə ki, o, bankdakı fəaliyyətini İdarə Heyətinin üzvü Baş Risk İnzibatçısı olaraq davam etdirəcək.

Qeyd edək ki, Ağarza Baxşiyev 2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “Beynəlxalq İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsili alıb. Magistr təhsilini 2010-2013-cü illərdə Lozanna Universitetində (Université de Lausanne, İsveçrə) iqtisadiyyat üzrə tamamlayıb. Karyerasına 2007-ci ildə bank sektorunda başlayan Ağarza Baxşiyev 2012-2014-cü illərdə “Unibank”, 2014-2015-ci illərdə isə “DemirBank”da rəhbər vəzifələrdə çalışıb. 2015-ci ildən etibarən fəaliyyətini “Kapital Bank” ASC-də davam etdirir. Bu müddət ərzində o, ERM və Analitik şöbəsinin rəhbəri, Risk İdarəetmə üzrə direktor müavini və direktor, Təşkilati risklər və informasiya təhlükəsizliyi ofisinin lideri kimi fəaliyyət göstərib.

Yeni qərarın ardından “Kapital Bank”ın İdarə Heyəti Fərid Hüseynovun rəhbərliyi ilə yeddi nəfərdən ibarət tərkibdə fəaliyyətini davam etdirəcək.

Ölkənin birinci bankı olan “Kapital Bank” PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 İyun 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see212

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see207

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see177

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see169

Nazirin keçmiş müşavirinə yeni vəzifə verildi

12 Noyabr 2025 17:13see167

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see156

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see142

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see141

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see137

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see130

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri