Icma.az
close
up
RU
“Kapital Bank”ın COP29 gündəliyi

“Kapital Bank”ın COP29 gündəliyi

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İqlim dəyişikliyi ilə mübarizə məqsədi daşıyan, dünya liderləri, alim və mütəxəssisləri bir araya gətirən ən vacib qlobal tədbirlərdən biri, BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı COP29 uğurla davam edir.

“Qafqazinfo” xəbər verir ki, ölkənin birinci bankı "Kapital Bank" konfransda Paşa Holding nümayəndə heyətinin tərkibində iştirak edir.

Tədbirin Yaşıl zona hissəsində "Kapital Bank"a məxsus stend qurulub. Stenddə bankın rəsmi nümayəndələri iştirakçılarla fikir mübadiləsi aparır, təcrübələrini bölüşür, qonaqların suallarını cavablandırırlar.

Eyni zamanda bankın rəsmi nümayəndələri təşkil edilən panellərdə aktiv olaraq iştirak edirlər. Ötən gün Kapital Bank-ın təşkilatçılığı ilə “Azərbaycanda Dayanıqlı KOS mühiti” mövzusunda panel müzakirəsi baş tutub.

“Deloitte Azərbaycan”ın Vergi və Hüquq Praktikasının rəhbəri Nuran Kərimovun moderatorluğu ilə keçirilən müzakirədə Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, "Paşa Bank"ın Korporativ və İnstitusional Bankçılıq sahəsinin lideri Fərid Quliyev, “BİOROPEAN MMC”-nin direktoru Emin İlyas iştirak edib. Panel zamanı yeni ideyalar, sahibkarların problemləri, çıxış yolları, bu istiqamətdə dövlət və özəl tərəfdaşlığı kimi məqamlar müzakirə edilib. Çıxışında yaşıl iqtisadiyyatı dəstəkləyən ideyaların maliyyələşdirilməsinə toxunan Fərid Hidayətzadə bu mövzudakı perspektivlərdən danışıb.

Bu gün isə bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov “Dayanıqlı rəqəmsallaşma” mövzusunda keçirilən panelə spiker olaraq qatılıb. O, rəqəmsallaşma mövzusunda Kapiatl Bank-ın təcrübəsini və şəxsi yanaşmasını iştirakçılarla bölüşüb. “Rəqəmsal transformasiyaya keçid perspektivindən baxdıqda hər bir şirkətin bəlli bir strategiyası və məsələyə individual yanaşması olmalıdır. Burada vacib olan dayanıqlılıq prinsipinin həm biznesin inkişafına xidmət etməsi, həm də təbiətə fayda verməsini təmin etməkdir. Bu istiqamətdə edilən investisiyalar və təşəbbüslər müştərilərlə yanaşı, ətraf mühitə də xidmət etməlidir. Vacib olan bu balansı doğru idarə edə bilməkdir”.

“Dayanıqlı rəqəmsallaşma” mövzusunda keçirilən daha bir paneldə isə "Kapital Bank"ın Ödəniş Sistemləri ofisinin lideri Zakir Xanməmmədov spiker qismində iştirak edib. O, çıxışında verilənlərin analitikası, bankın tətbiq etdiyi rəqəmsal həllər, bu həllərin ekologiyaya qatqısı kimi məqamlara toxunub.

Bu tarixi konfransın iştirakçısı olmaq istəyən hər kəs iticket.az saytından ödənişsiz olaraq bilet əldə edərək tədbirdə iştirak edə bilər.

Ölkənin birinci bankı olan "Kapital Bank" "PAŞA Holding"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:326
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri