Icma.az
close
up
RU
Kapitan Turan Tovuzla bağlı vacib sualı cavablandırdı

Kapitan Turan Tovuzla bağlı vacib sualı cavablandırdı

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, rəqibimiz güclüdür. Üstəlik, turnir cədvəlində vəziyyət elədir ki, “Araz-Naxçıvan”a bəlkə heç-heçə də sərf edirdi”.

QOL.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Misli Premyer Liqasının 15-ci turunda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O, məğlubiyyəti qaçırılan qol epizodları ilə əlaqələndirib: “Ümumi götürdükdə pis oynamadıq. “Araz-Naxçıvan” bir neçə turdur ki, son dəqiqədə vurduğu qollarla qələbə qazanır. Bizimlə matçda öz şanslarını gözləyirdilər. Təəssüf ki, biz də səhvə yol verdik, qapımızda qol gördük. Belə oyunlarda 1-2 qol şansın olur. Gərək onları da dəyərləndirəsən. Dəyərləndirə bilmədiyimiz üçün uduzduq”.

Tovuz klubu çempionatda ardıcıl 4 matçdır ki, qələbə qazana bilmir. Ş.Əliyev bununla bağlı sualı da cavablandırıb. O, komandasının enişdə olduğunu düşünmür: “Deməzdim ki, komanda enişdədir. Düzdür, son 4 matçda cəmi 3 xal toplamışıq. Lakin unutmaq olmaz ki, rəqiblər də bizimlə oyuna ciddi hazırlaşırlar, analiz edirlər. Mümkün qədər qapalı oynamağa çalışırlar”.

Ş.Əliyev qeyd edib ki, hazırda bütün fikirlərini kubok oyununa yönəldiblər: “Qarşıda bizi “Sabah”la kubok oyunu gözləyir. Bu, ən ağır matçlardan biridir. Rəqib hər nə qədər güclü olsa da, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Öz meydanımızda oynayırıq. Azarkeşlərimizi sevindirməliyik”.

O, qarşıdakı 3 turda xal ehtiyatlarını artırmalı olduqlarını vurğulayıb: “Qış fasiləsinə 3 tur qalıb. Maksimum dərəcədə xallarımızı artırmalıyıq. Hazırda üçüncü pillədəyik. Artıq turnir cədvəlində digər rəqiblər də bizə yaxınlaşırlar. Əlimizdən gələni etməliyik ki, hazırkı yerimizi qoruyaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://qol.az
archiveBu xəbər 02 Dekabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri