Icma.az
close
up
RU
Karantin təhlükəsi yenidən qapıda Nazirlik əməkdaşından CİDDİ XƏBƏRDARLIQ! KONKRET

Karantin təhlükəsi yenidən qapıda Nazirlik əməkdaşından CİDDİ XƏBƏRDARLIQ! KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Çində insan metapnevmovirusunun epidemiyası qeydə alınıb. Ölkə səlahiyyətliləri bu epidemiyanı nəzarətdə saxlamaq üçün tədbirlər görürlər, lakin bu, təkcə Çində deyil, digər ölkələrdə də izlənilən qlobal sağlamlıq məsələsidir. Hətta virusun Asiyaya da çatdığı, Qazaxıstanda həmin virusa yoluxanlar olduğu bildirilir.

Bəs belə vəziyyətdə ölkəmizi hansı risklər gözləyir? Yenidən qapanmalar və maska istifadəsi gündəmə gələ bilərmi?

KONKRET.az xəbər verir ki, yenisabah.az-a açıqlamasında suallara aydınlıq gətirən  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev insanlara vacib tövsiyələr verib:

“Bildiyimiz kimi, Çində yeni virus yayılıb. Bu metapnevmovirusu (HMPV) adlanır. Artıq Qazaxıstanda, hətta bu gün Qırğızıstanda da virusa yoluxma halı qeydə alınıb. Paramyxoviridae ailəsinə aid olan bir virusdur. RSV virusu ilə eyni qrupdandır. İlk dəfə 2001-ci ildə Hollandiyada aşkar olunub. Yuxarı və aşağı tənəffüs yollarının infeksiyasına, həmçinin, pnevmaniyaya səbəb ola bilir. Əsas önəmli məqam həmin virusun hava damcı yolu ilə insandan-insana ötürülməsidir. İnkubasiya dövrü 5-9 gün arası dəyişir. Uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar, orqan alıcıları, xroniki xəstəliyi olan şəxslər xəstəliyi daha ağır formada keçirə bilirlər. Həmin şəxslərdə ölüm riski digərlərinə nisbətən daha yüksəkdir. Əsas əlamətlər öskürək, burun axıntısı, nəfəs darlığı, xışıltı, yüksək temperaturdur. Virus özünü belə büruzə verir. Təbii ki, sadəcə sadalanan əlamətlərə əsasən bu virusa yoluxmağı konkret olaraq demək çətindir. Çünki oxşar simptomlar digər viruslarda da ortaya çıxır. Müəyyənləşdirmək üçün burundan yaxma götürülməlidir. Koronavirus dönəmində də belə testlər edilirdi. Yetişkin və immuniteti güclü olan insanlarda, həmçinin, uşaq vaxtında həmin xəstəliyi keçirən şəxslərin virusa yoluxmasında heç bir risk yoxdur. Çünki onlar bu dönəmi daha normal keçirirlər”.

Həkim virusun hansı qaydada müalicə olunduğunu da açıqlayıb:

“Müalicə üsulu simptomatikdir. Dəqiq bir antiviral yoxdur. Virusa görə vaksin hazırda araşdırılma mərhələsindədir. Yəni təsdiqlənmiş peyvənd yoxdur. Ona görə də ən doğru yol simptomatik müalicədir və birinci növbədə xəstəliyə yoluxmamaqdır. Buna görə də xəstə olan insanlardan uzaq durmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq lazımdır. Bunlara riayət etmək sizi sadəcə bu virusdan deyil, digərlərindən də qoruyacaq. Covid-19 dönəmindəki bir sıra tədbirlər yenidən gündəmə gələ bilər. Ara məsafəsi saxlamaq, gigiyena qaydalarına əməl etmək və maskadan yenidən istifadə edə bilərik. Çünki virusdan qorunmanın ən etibarlı yolu hal-hazırda bunlardır. Xəstə insanlara isə tövsiyəm bundan ibarətdir ki, həmin dövrdə ev şəraitində qalsınlar. Onların izolyasiyası ən doğru addım hesab edilir. Çünki həmin şəxslər çox sürətli formada başqalarına virusu ötürə bilərlər. Uşaqlar və immunsupresif şəxslər sağaldıqdan sonra da virus daşıyıcısı ola bilərlər. Belə şəxslər həftələrlə nəzarət altında saxlanılmalıdır”.

V.Əliyev insanlara bir məqam barədə xəbərdarlıq edib:

“Virusa yoluxmanın ilkin mərhələsində antibiotik, gərəksiz sistem müdaxiləsi, xüsusilə steroidin istifadə edilməsi xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər. Bu baxımdan səhv müalicədənsə, simptomatik qaydada müalicə daha uyğundur. Bol maye qəbul edərək istirahət rejiminə keçid məqsədəuyğun sayılır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Yanvar 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri