Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Karapetyan seçkilərə də qazanc gözü ilə baxır

Karapetyan seçkilərə də qazanc gözü ilə baxır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Güclü Ermənistan”ın hədəfi 1 oliqarxı gücləndirməkdir

Uzun illərdir Ermənistanda və Rusiyada fəaliyyət göstərən “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi, rusiyalı oliqarx Samvel Karapetyan biznes dünyasında tanınan bir addır. 1965-ci ildə Ermənistan SSR-in Kalinino rayonunda (hazırkı adı Taşir) anadan olmuş S.Karapetyan Rusiyada böyük sərvət qazanmış, müxtəlif sahələrdə fəaliyyət göstərmiş bir milyarderdir. “Forbes” jurnalının 2025-ci ilin fevral ayına olan məlumatına görə, o, təxminən 4,5 milyard dollar sərvəti ilə dünyanın ən varlı insanları arasında 1102-ci yerdə idi.

İndi isə Samvel Sarkisoviç özünü siyasətə sınamaq qərarına gəlib. “Güclü Ermənistan” adlı partiya yaradaraq iyunun 7-də ölkədə keçiriləcək növbəti parlament seçkilərində iştirak etmək istəyir. Məqsədi Ermənistanın növbəti baş naziri olmaqdır. Əlbəttə, hər bir şəxsin seçmək və seçilmək hüququ var. Bu baxımdan Karapetyanın qərarı ilk baxışdan adi prosedur kimi görünə bilər. Amma məsələ bir qədər dərinə gedəndə fərqli mənzərə ortaya çıxır.

İlk növbədə qeyd etmək lazımdır ki, Karapetyanın siyasətə yanaşması Ermənistan vətəndaşlarında və ölkədən kənarda bir çox insanlarda suallar yaradır. Çünki o, bu prosesi də biznes layihəsi kimi görür. Aydındır ki, biznesdə əsas məqsəd qazanc əldə etmək, siyasətdə isə xalqın etimadını qazanmaq, özünün ideyalarını həyata keçirmək yolu ilə ölkəyə xidmət etmək, dövlətinin gücünü, qüdrətini artırmaq, vətəndaşların rifah halını yaxşılaşdırmaq olmalıdır. Bu iki yanaşma arasında ciddi fərqlər var. Əgər siyasət pul üzərində qurularsa, o zaman insanların səsi deyil, pulun gücü ön plana çıxır. Karapetyan özünün düşüncə tərzinə sadiq qalaraq seçkilərə də biznes-plan kimi baxır. Seçiciləri pulla ələ almağa çalışır.

Son günlər bu istiqamətdə baş verən hadisələr Karapetyanı real təhlükə kimi görən Ermənistan vətəndaşları arasında narahatlıqları daha da artırır. Aprelin 29-da Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları “Güclü Ermənistan”ın qərargahında axtarış aparıb. Bu xəbər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi açıqlama yayaraq bildirib ki, seçicilərə rüşvət vermək ittihamı ilə cinayət işi açılıb. Bu iş çərçivəsində bir qrup şəxs saxlanılıb. Komitə əlavə məlumatların daha sonra veriləcəyini də qeyd edib.

Medianın yaydığı məlumatlara görə, axtarışlar təkcə partiyanın qərargahı ilə məhdudlaşmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları S.Karapetyanın İrəvanın Avan inzibati rayonundakı ofisində də axtarış aparıblar. Orada da həbslərin həyata keçirildiyi bildirilir.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi açıqlamasında qeyd edib ki, saxlanılan şəxslər seçkiqabağı rüşvətin verilməsi ilə bağlı ittiham olunurlar. Bundan əlavə, xeyriyyə adı altında edilən ianələrin qadağan olunmuş qaydada istifadə edilməsi də araşdırılır. Bu isə o deməkdir ki, bəzi yardımların arxasında başqa məqsədlər ola bilər. İnsanlara kömək adı ilə verilən pulların əslində onların səsini almaq üçün istifadə edildiyi iddia olunur. Qeyd etdiyimiz kimi, bu xəbərlər erməni seçicisinin narahatlığını daha da artırıb. Çünki söhbət artıq sadəcə iddialardan yox, real addımlardan gedir. Ümumiyyətlə, bu cür hallar cəmiyyət üçün çox həssas mövzudur. Çünki seçkilər sadəcə səsvermə deyil. Bu, insanların gələcəyini müəyyən edən bir prosesdir. Əgər bu prosesdə pul əsas rol oynayırsa, o zaman seçicilərin iradəsinin azad şəkildə ifadə olunması, prosesin, ədalətli və şəffaf keçirilməsi sual altına düşür. İnsanlar seçimlərini sərbəst şəkildə etməlidir. Onların qərarına təsir etmək üçün puldan istifadə edilməsi heç bir halda doğru yanaşma sayıla bilməz.

* * *

Bir sıra siyasi ekspertlər bu fikirlər həmrəydirlər ki, böyük sərvəti olan şəxslər siyasətə gəlişi həm üstünlük, həm də risklər yaradır. Üstünlük ondadır ki, belə şəxslərin imkanları geniş olur. Onlar layihələr həyata keçirə, investisiya cəlb edə bilirlər. Amma risk də az deyil. Əgər bu imkanlar düzgün istifadə olunmazsa, bu, ədalətsizliyə gətirib çıxara bilər. Karapetyanın nümunəsində də məhz bu suallar gündəmdədir. O, doğrudanmı ölkəyə xidmət etmək istəyir, yoxsa siyasəti yeni bir qazanc sahəsi kimi görür? Politoloq, İrəvandakı “Politekonomiya” tədqiqat institutunun siyasi şərhçi Beniamin Matevosyan bu sualın cavabının hələ tam aydın olmadığını düşünür. Onun sözlərinə görə, baş verən son hadisələr bu mövzunun daha diqqətlə izlənilməsinə səbəb olur: “Erməni cəmiyyəti üçün ən vacib olan şəffaflıqdır. İnsanlar baş verənləri açıq şəkildə görmək və başa düşmək istəyirlər. Kim nə edir, hansı məqsədlə edir – bunlar gizli qalmamalıdır. Əks halda, etimad itir. Etimad isə hər şeydən önəmlidir. Bu hadisələr bir daha göstərir ki, seçki prosesi çox həssasdır. Burada hər addım diqqətlə atılmalıdır. Qanunlar hamı üçün eyni olmalıdır. Kim olmasından asılı olmayaraq, qaydaları pozan hər kəs məsuliyyət daşımalıdır. Yalnız bu halda insanlar öz səslərinin dəyərli olduğunu hiss edər”.

Politoloq hesab edir ki, nəticədə, S.Karapetyanın siyasətə gəlişi sadəcə bir şəxsin qərarı kimi qalmır: “Bu, daha geniş müzakirələrin başlanğıcı olur. Pul və siyasət münasibəti, seçkilərin ədalətliliyi, insanların iradəsi – bütün bunlar bu mövzuda bir araya gəlir. Seçicilər isə sadə bir şey istəyir: ədalətli seçim və dürüst yanaşma. Bu istək isə hər şeydən daha önəmlidir”.

* * *

Onu da bildirək ki, Karapetyan hazırda ev dustaqlığındadır. Bir neçə gün öncə Antikorrupsiya Məhkəməsi onun ev dustaqlığının müddətini daha 3 ay uzadıb. O, vergidən yayınmada, çirkli pulların yuyulmasında, xüsusilə iri məbləğdə əmlakın mənimsənilməsində, eləcə də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Karapetyan ötən ilin dekabrında barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün 10 milyon dollardan çox məbləğdə girov ödəmişdi. Dünən bu iş üzrə növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə iclasından əvvəl Karapetyan jurnalistlərin suallarını cavablandırıb. O, tərəfdarlarının həbsi məsələsinə də toxunub. Karapetyan tərəfdarlarının həbsi və saxlanılmasına baxmayaraq, qarşıdan gələn seçkilərdə komandasının qələbə qazanacağına əmin olduğunu bildirib: “Onlar axırda öz adamlarını belə həbs etməyə başlayacaqlar. Onlar sayca bizdən azdırlar. Ona görə də biz istənilən halda qalib gələcəyik”.

Karapetyan Rusiya və Fransada mümkün problemlər, hətta müflisləşmə təhlükəsi ilə bağlı səslənən iddialara münasibət bildirərkən bunu gülümsəyərək qarşılayıb. Onun sözlərinə görə, bu cür fikirlər Ermənistanın baş naziri Nikol Paşinyanın “fantaziyaları və xəyallarıdır” və ciddi yanaşmaya layiq deyil. “Güclü Ermənistan”ın lideri ölkənin üzləşdiyi təhdidlər fonunda (?) siyasətlə məşğul olmaq qərarına gəldiyini də vurğulayıb: “Əlbəttə, əgər cinayət təqibi, həmçinin son bir ildə Paşinyanın xaotik addımları, həm insanlara, həm də milli kimliyə yönələn hücumlar olmasaydı, mən siyasi fəaliyyət haqqında düşünməzdim. Amma söhbət Ermənistanın itirilməsi riskindən gedəndə, şəxsi planlar və rahat həyat istəyi ikinci plana keçir”.

Karapetyanın bu açıqlaması da, digərləri kimi, daha çox özünü haqlı göstərmək cəhdinə bənzəyir, nəinki səmimi mövqeyə. O, siyasətə gəlişini şəxsi problemləri ilə yox, ölkə üçün təhlükə ilə əsaslandırır. “Milli kimliyə hücum” kimi ümumi və sübut olunmayan ifadələr sadəcə emosiyaya hesablanıb. Əgər vəziyyət doğrudan da bu qədər ciddidirsə, bunu konkret faktlarla izah etmək lazımdır, şüarlarla yox. Üstəlik, milyarder bir şəxsin “rahat həyatdan imtina” deməsi inandırıcı səslənmir və daha çox populizm təsiri bağışlayır.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 May 2026 02:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see378

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see257

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see205

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see203

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see201

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see192

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see190

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see185

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri