Karapetyan “siyasi qüvvə” yaratmaq niyyətini açıqlayıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan məhkəməsi tərəfindən konstitusiya quruluşunu devirməyə çağırış ittihamı ilə həbs edilən rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyan siyasi qüvvə yaratmaq niyyətini açıqlayıb.
APA xəbər verir ki, Karapetyanın mətbuat xidməti onun sözlərini sitat gətirərək bildirib ki, prinsipcə yeni siyasi qüvvə yaradırlar.
Qeyd edək ki, Samvel Karapetyan iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və hakimiyyəti ələ keçirməyə açıq çağırışlar ittihamı ilə iki ay müddətinə həbs edilib. Bundan sonra Karapetyanın biznesi ilə bağlı yoxlamalar başlayıb, İrəvanda və ölkənin regionlarında “Pizza Taşir” MMC-nin bir sıra pizzaxanaları bağlanıb. Bundan başqa, Ermənistan hakimiyyəti Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi prosesinin təşəbbüskarı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 14 İyul 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















