Icma.az
close
up
RU
Karate üzrə ölkə çempionatı və birinciliyi başa çatıb

Karate üzrə ölkə çempionatı və birinciliyi başa çatıb

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının (AKF) rəhbərliyi və təşkilatçılığı ilə karate üzrə ölkə çempionatı və birinciliyi keçirilib.

İdman.Biz bildirir ki, yarışlar dörd gün ərzində müxtəlif karate üslubları üzrə təşkil olunub. Çempionatın ilk günü – idman karatesi (WKF) üzrə qarşılaşmalar baş tutub. İkinci gün kyokuşin karate üslubları üzrə yarışlara start verilib.

Yarışların üçüncü günü ənənəvi karate, fudokan və şito-ryu üslubları üzrə ölkə birinciliyi və çempionatı keçirilib. Bu üslublar üzrə keçirilən qarşılaşmalar gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. Sonuncu gün isə çempionatın son günü çərçivəsində koşiki və aşihara karate üslubları üzrə qarşılaşmalar təşkil olunub.

Yarışlar Balaxanı Olimpiya İdman Kompleksində keçirilib. Çempionatda paytaxt Bakı ilə yanaşı Sumqayıt, Abşeron və ölkənin müxtəlif bölgələrini təmsil edən, ümumilikdə 1000-ə yaxın karateçi müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə mübarizə aparıb. Koşiki və aşihara karate üslubları üzrə yarışlarda isə 300-ə yaxın idmançı iştirak edib.

Yarışların əsas məqsədi karate idman növlərinin respublika üzrə kütləviliyinin artırılması, perspektivli idmançıların üzə çıxarılması, eləcə də Azərbaycan Karate Federasiyasının 2026-cı il mövsümü üçün milli komandalarının və ehtiyat heyətinin formalaşdırılması olub.

Çempionatın yekununda qalib və mükafatçılar Gənclər və İdman Nazirliyi tərəfindən təsis olunmuş diplom və medallarla təltif ediliblər. Birinci yerləri tutan idmançılar, həmçinin qarşıdan gələn dünya və Avropa çempionatlarında Azərbaycanı təmsil etmək hüququ qazanıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Dekabr 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri