Karateçilərimiz Türkiyədə beynəlxalq turnirdə 4 medal QAZANDILAR
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan karateçiləri Türkiyənin İstanbul şəhərində keçirilən "Bosphorus Cup" beynəlxalq turnirində 4 medal qazanıblar.
"Unikal" xəbər verir ki, Azərbaycan Karate Federasiyasının (AKF) Bakı, Naxçıvan və Gəncə üzrə nümayəndəlik və klublarından ümumilikdə ölkəmizi bu yarışda 23 karateçi təmsil edib.
Yarışın nəticələrinə əsasən Zəhra Məmmədzadə kata növündə (8-9 yaş) qızıl medal qazanıb. Kumite növlərində Aqdəş Cəfərli (10-11 yaş) və Əliəşrəf Qafarov (14-15 yaş) gümüş, Sona Nəcəfbəyli isə (8-9 yaş) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, karateçilərimiz beynəlxalq turnirdə AKF-nin parakarate komitəsinin sədri və baş məşqçisi Rənad Əliyevin rəhbərliyi altında iştirak ediblər. Hər il ənənəvi olaraq keçirilən yarışda 28 ölkədən 4300 idmançı qüvvəsini sınayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 16 Dekabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















