Karatedo : Zaretskanın nailiyyətləri çoxlarını ruhlandırır
Icma.az, Idman.biz saytına istinadən bildirir.
"Misilsiz karyerası olan İrina Zaretska karate dünyasında parlaq bir mayakdır."
İdman.biz xəbər verir ki, bu barədə "Karatedo" portalı Azərbaycan millisinin üzvünün parlaq posterini təqdim edərək yazıb.
Nəşr Zaretskanın uğurlarından danışıb: “Onun karyerasına üç dünya çempionluğu, iki Avropa çempionluğu və bir Olimpiya gümüşü daxildir. 68 kq çəki dərəcəsində dünyanın bir nömrəsi kimi o, Azərbaycanı beynəlxalq arenada qürurla təmsil edərək, müstəsna istedadını və fədakarlığını mütəmadi nümayiş etdirib. Zaretskanın nailiyyətləri çoxlarını ruhlandırır və onun idmandakı irsini gücləndirir”.
Qeyd edək ki, Zaretska ötən mövsüm analıq məzuniyyətində olduğu üçün çıxış etməsə də, indi məşqlərini bərpa edib.
İdman.biz
Baxış sayı:105
Bu xəbər 06 Fevral 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















