Karatenin Qara brilyant ı Rafael Ağayevin 41 yaşı tamam olur
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Bu gün karate üzrə beşqat dünya, 11 qat Avropa çempionu, Olimpiya ikincisi, karatenin "Qara brilyant"ı Rafael Ağayevin doğum günüdür. Onun 41 yaşı tamam olur.
Ağayev Rafael Mahir oğlu 1985-ci ilin bu günü yəni, martın 4-də də Sumqayıtda doğulub.
Qeyd edək ki, atasının yolu ilə gedərək 7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilib, ona ilk vərdiş və bacarıqları aşılayıb.
İlk milli yarışlarda iştirak etməklə o, diqqəti cəlb edib və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri "Budokan"da məşq etməyə dəvət alıb.
Rafael artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilib.
O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Mişkolsda (Macarıstan) keçirilən açıq Dünya Kubokunda iştirak edib. Növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olub və bundan sonra, heç bir yarışdan medalsız geri qayıtmayıb.
2013-cü ildə ayağından zədə aldığı üçün 2014-cü ildə yarışlara qatıla bilməyıb. 2015-ci ildə yenidən var gücü ilə mübarizə aparmağa başlayıb.
75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə Rafael Ağayev 2015 Avropa Oyunlarında çempion adını qazanıb, qızıl medala sahib olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında da mübarizə aparıb. Finala qədər yüksələn Rafael Ağayev həlledici görüşdə məğlub olaraq Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Azərbaycanın tanınmış karateçisinə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib. Rafael Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Təcrübəli karateçiyə mayor rütbəsi də verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 04 Mart 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















