Icma.az
close
up
RU
Karbon emissiyalarının azaldılması yolları müzakirə edilib

Karbon emissiyalarının azaldılması yolları müzakirə edilib

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Samir Rzayev “CarbonClick” şirkətinin baş icraçı direktoru Deyv Rouz ilə görüşüb. SİA bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, Bakıda keçirilən görüş çərçivəsində karbon emissiyalarının azaldılmasının vacibliyi bir daha vurğulanıb. Qurum rəhbərləri karbon emissiyalarını azaltmaq və uçuşları dayanıqlı etmək məqsədilə danışıqlar aparıb və yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

S.Rzayev ikitərəfli görüş zamanı planetimizi qorumaq və onun dayanıqlı gələcəyinin qurulmasına töhfə vermək öhdəliyinin “CarbonClick” ilə müştərək şəkildə yerinə yetirilməsinin əhəmiyyətini qeyd edib və sərnişinlərin uçuş zamanı ətraf mühitə təsirlərini asan və şəffaf formada azalda biləcəklərindən məmnunluğunu ifadə edib.

D.Rouz isə öz növbəsində qarşılıqlı əməkdaşlığı şərh edərkən bildirib ki, məqsəd qlobal istiləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq, iqlim dəyişikliyinə məruz qalmayan dünyada yaşamaqdır. Onun sözlərinə görə, bu tərəfdaşlıq AZAL sərnişinlərinin səyahətlərinin ətraf mühitə olan təsirini azaltmalarına şərait yaratmaqla prosesi sadə, şəffaf və etibarlı nəticələrlə təmin edəcək.

Oktyabr ayının əvvəlindən başlayaraq AZAL sərnişinlərin karbon qazını kompensasiya edə bilmələri üçün proqrama start verib və bu könüllü təşəbbüsü aviabilet alışı prosesinə inteqrasiya edib. Proqram vasitəsilə AZAL-ın hər bir sərnişini bir sıra ölkələrdə icrası həyata keçirilən ekoloji layihələrə dəstək verə, səyahətinin ətraf mühitə təsirinin azaldılmasında iştirak edə bilər.

AZAL və “CarbonClick”in birgə fəaliyyəti karbon izinin azaldılması və dayanıqlı səyahətlərin təşviqi istiqamətində addımlar atmağa şərait yaradır, eyni zamanda, sərnişinlərə ekoloji məsələlərə daha yaxından cəlb olunmaq imkanı verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Noyabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see287

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see128

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri