Icma.az
close
up
RU
Kardioloqcərrah: Bu uşaqlarda ürək qüsurlarına daha çox rast gəlinir

Kardioloqcərrah: Bu uşaqlarda ürək qüsurlarına daha çox rast gəlinir

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Daun sindromu - yenidoğulmuş hər 1000 körpədən birində rast gəlinən genetik bir xəstəlikdir.

Xüsusilə, gec uşaq sahibi olan ailələrdə bu sindrom aşkarlanır. Hələ döl ana bətnində olduğu zaman fetal exokardioqrafiya vasitəsilə Daun sindromu diaqnoz qoymaq mümkündür.

Bu xəstəliklə doğulan uşaqlar zehin geriliyi, immun sistem zəifliyi , ürək qüsurları kimi bir çox xəstliklərdən əziyyət çəkirlər. Bbunlar sırasında ürəklə bağlı problemlər daha çox müşahidə olunur.

Milli.Az bildirir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Uşaq Ürək Cərrahı Ramal Həsənov deyir ki, Daun sindromlu hər iki uşaqdan birində ürək qüsuru ilə rastlaşırıq. Buna görə də ürək qüsurlarının diaqnostikası məqsədilə Daun sindromu ilə doğulan hər uşağa pediatrik kardioloq tərəfindən exokardioqrafiya olunması məsləhətdir.

"Məlumdur ki, hər bir insanda normada 46 xromosom olur. Bu uşaqların 21 nömrəli xromosomunda 2 əvəzinə 3  xromosom olur. Daun sindromuyla doğulmuş körpələrin beyin inkişafı normal uşaqlara nisbətən daha yavaş gedir. İmmun sistemləri zəif olduğundan, bu uşaqlar tez-tez xəstələnə bilir. Xroniki qəbzlik, göbək yırtığı, qol və ayaqlarında əzələ zəifliyi, ciddi ürək xəstəlikləri də yanaşı müşahidə edilə bilir".

Bu körpələrdə çox rastlanan problemlərdən biri də "Atrio-ventrikulyar  kanal defekti" adlandırılan qüsurdur. Ramal Həsənovun sözlərinə görə, normadan fərqli olaraq, belə xəstələrin ürəyində qulaqcıqlar və mədəciklər arasında iki qapaq əvəzinə tək qapaq olur. Bu qüsur əməliyyat yolu ilə aradan qaldırılır: "Əməliyyat zamanı bir qapaqdan, iki ayrı qapaq yaratmaq lazımdır. Əlavə olaraq, qulaqcıqlar və mədəciklər arasındakı dəlikləri də bağlamaq lazımdır. Demək olar, bu uşaqların ürəyinin içini ortaq tək bir boşluqdan 4 ayrı kameraya tamamlayırıq".

Lakin nəzərə alınmalıdır ki, bu körpələrin həm əməliyyatı, həm əməliyyat öncəsi hazırlıqları normal uşaqlara nisbətən çətin və mürəkkəbdir. Eyni zamanda, onların reanimasiya periodu, süni tənəffüs aparatından ayrılması və sonrakı qidalanması, sağalması dövründə həm ailə, həm də həkim tərəfindən ciddi nəzarət, diqqət və səbr tələb edir.

Cərrah qeyd edir ki, vaxtında əməliyyat olunmayan, bu şansı itirən  uşaqlarda sonradan çox ciddi ürək-ağciyər çatışmazlığı müşahidə edilir. Belə ciddi fəsadların qarşısını almaq üçün Daun sindromlu hər bir uşaq həyatının ilk günlərində pediatrik kardioloqun müayinəsindən keçməlidir.

"Bir çox ailələr bu körpələrini çox sevir, onların pozitiv enerjisini, şən olmasını, saf davranışlarını təqdir edir, xəstəliklərdən qorumağa çalışırlar. Bu körpələrin həyatda qalmasında həkimlərlə yanaşı, ailənin də böyük rolu var".

R.Həsənov qeyd edir ki, Daun sindromlu körpələrin baxımı normal bir körpədən 10 dəfə daha çətindir. Ona görə də bu uşaqları böyüdüb boya-başa çatdırmaq ailədən ciddi fədakarlıq tələb edir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see224

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see193

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see147

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri