Icma.az
close
up
RU
Kardioloqların ən faydalı hesab etdiyi giləmeyvələr

Kardioloqların ən faydalı hesab etdiyi giləmeyvələr

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ürək-damar xəstəlikləri hələ də dünyada sağlamlıq üçün əsas təhlükələrdən biri olaraq qalır. Lakin getdikcə daha çox elmi araşdırma göstərir ki, düzgün qidalanma bu problemlərin qarşısının alınmasında həlledici rol oynaya bilər. Kardioloqlar xüsusilə antioksidantlarla zəngin giləmeyvələrə diqqət yetirirlər. Məhz bu maddələr ürəyi və damarları bir çox təhlükəli xəstəliklərdən qorumağa kömək edir.

Lent.az giləmeyvələrlə bağlı məlumatları təqdim edir:

Giləmeyvələr ürək və damar sağlamlığı üçün niyə bu qədər vacibdir. Giləmeyvələr unikal bioloji aktiv maddələr antosianlar və polifenollarla zəngindir. Bu birləşmələr:

damarlarda iltihabi prosesləri azaldır;

sərbəst radikalları neytrallaşdırır;

arteriya divarlarını zədələyən oksidləşdirici stresi zəiflədir.

Məhz iltihab və oksidləşdirici stress aterosklerozun, infarkt və insultların inkişafında əsas amillər hesab olunur.

Giləmeyvələrin ürək-damar sistemi üçün faydası nədir?

Giləmeyvələrin müntəzəm qəbulu aşağıdakı müsbət təsirlərlə əlaqələndirilir:

arterial təzyiqin azalması;

aşağı sıxlıqlı lipoproteinlərin, yəni “pis” xolesterinin səviyyəsinin düşməsi;

damarların elastikliyinin yaxşılaşması.

Sağlam endotel damarların daxili qatı qan axınını daha yaxşı tənzimləyir və xolesterin lövhələrinin yaranmasının qarşısını alır.

Alimlər giləmeyvələrin ürək üçün faydası barədə nə deyir

Genişmiqyaslı elmi araşdırmalarda müəyyən olunub ki, müntəzəm olaraq giləmeyvə yeyən insanlarda ürək ağırlaşmaları riski xeyli aşağı olur. Xüsusilə həftədə bir neçə dəfə qaragilə və çiyələk qəbul edən şəxslərdə bu təsir daha aydın müşahidə edilib. Belə iştirakçılarda infarkt riski giləmeyvəni nadir hallarda yeyənlərlə müqayisədə əhəmiyyətli dərəcədə az olub.

Ürək üçün ən faydalı giləmeyvələr hansılardır?

Qaragilə təzyiqin azalmasına kömək edir və damar divarlarını möhkəmləndirir. Çiyələk C vitamini ilə zəngindir, damarları və immun sistemini dəstəkləyir. Moruq çoxlu lif tərkibinə malikdir və xolesterinin nəzarətdə saxlanmasına yardım edir. Böyürtkən yüksək miqdarda polifenollar və faydalı mikroelementlərlə seçilir. Fərqlərinə baxmayaraq, bu giləmeyvələrin hamısı eyni istiqamətdə təsir göstərir ürəyi dəstəkləyir və damarların vəziyyətini yaxşılaşdırır. Bununla belə, kardioloqlar vurğulayırlar ki, heç bir məhsul möcüzəvi dərman deyil. Giləmeyvələr ən yaxşı effekti müntəzəm fiziki aktivlik, balanslaşdırılmış qidalanma, çəki və stressə nəzarətlə birlikdə göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri