Icma.az
close
up
RU
Karim Rossi başqa klubumuzdan da təklif alıbmış: “Favorit “Omoniya”dır”

Karim Rossi başqa klubumuzdan da təklif alıbmış: “Favorit “Omoniya”dır”

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şamaxı”nın yeni transferi Karim Rossinin Futbolinfo.az-a müsahibəsi

– “Şamaxı”dan təklifi nə vaxt qəbul etdin və bu qərarı necə verdin?

– Təklifi aldıqdan sonra qərar vermək üçün özümə bir həftə vaxt ayırdım. Bu müddət ərzində ailəmlə məsləhətləşdim, hər şeyi dəyərləndirdim. Daha sonra baş məşqçi ilə danışdım və qərarımı verərək “Şamaxı”ya gəlməyə razı oldum.

– Azərbaycana gəlməmişdən əvvəl ölkə haqqında nələr bilirdin? Burada tanıdığın futbolçu vardı?

– Azərbaycan haqqında əvvəlcədən məlumatım var idi, xüsusilə “Qarabağ” sayəsində. Bundan başqa, ötən mövsüm başqa bir Azərbaycan klubundan da təklif almışdım. Ona görə də buradakı futbol mühiti haqda müəyyən təsəvvürüm var idi.

– “Şamaxı” ilə əsas hədəfin nədir? Səncə, Azərbaycanda uğurlu olacaqsan?

– Burada əsas məqsədim mümkün qədər çox qol vurmaq və komandaya ötən mövsümdən daha yaxşı nəticələr əldə etməyə kömək etməkdir. Ümid edirəm ki, Azərbaycanda şansım gətirəcək və komanda olaraq uğurlu bir mövsüm keçirəcəyik.

– Azərbaycan klublarının avrokubok oyunlarına baxmısan? Onlar barədə fikirlərin necədir?

– Bəli, avrokuboklarda çıxış edən Azərbaycan komandalarının bütün oyunlarına baxmışam. Onların oyun üslubunu bəyənirəm, yaxşı futbol nümayiş etdirirlər və düşünürəm ki, daha irəli getməyi haqq edirlər. Xüsusilə “Araz-Naxçıvan”ın “Aris”ə qarşı oyunu çox təsirli oldu.

– Daha əvvəl Kiprdə oynamısan və bu gün Kipr klubu “Omoniya” ilə “Araz-Naxçıvan” qarşılaşacaq. Bu oyunla bağlı nə düşünürsən?

– “Omoniya” cütün favoritidir, lakin “Araz-Naxçıvan”ın “Aris”ə qarşı necə oynadığını gördükdən sonra düşünürəm ki, onlar da şanslı ola bilər. Əgər eyni səviyyədə performans göstərsələr, bu qarşılaşmada sürpriz edə bilərlər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Avqust 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri