Icma.az
close
up
RU
“Karkas” ASC də Eldar Mahmudov izi və icarədar qalmaqalı Vergi və məhkəmə ziddiyyətləri

“Karkas” ASC də Eldar Mahmudov izi və icarədar qalmaqalı Vergi və məhkəmə ziddiyyətləri

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda “Karkas” ASC-nin direktoru olan Sahib Ağayevin icarədarlarla məhkəmə çəkişmələri davam edir. Məsələ təkcə ödənişlərlə bağlı deyil, həm də müqavilə şərtləri və vergi sistemindəki boşluqlarla bağlı ciddi suallar doğurur.
İcarədarlarla bağlanmış müqavilələrdə qeyd olunur ki, bir ay icarə haqqı ödənilmədikdə, ərazi boşaldılmalıdır. Lakin mübahisələrdə söhbət bir ay yox, bir neçə ay ödənişin edilməməsindən gedir. Bu isə məhkəmə qərarlarında da açıq görünür.
Əlavə olaraq, həmin müqavilələr Vergilər Nazirliyində qeydiyyatdan keçib. Normal şərtlərə görə, əgər ödəniş hər ayın sonunda edilməsə, 10–20 gün ərzində ASC-nin vergi sisteminə müdaxiləsi baş verməli idi. Lakin araşdırmalar göstərir ki, “Karkas” ASC həmin dövrlərə görə heç bir vergi xəbərdarlığı almayıb.
Buradan əsas suallar ortaya çıxır:
✔️ Əgər icarədarlar ödəniş etməyibsə, onda 18% ƏDV-ni “Karkas” ASC hansı səbəbdən ödəməlidir?
✔️ Əgər icarə haqqı daxil olmayıbsa, onda nəyə görə hesabatlarda həmin dövr göstərilməyib?
✔️ Məhkəmə hansı əsasla icarədarlara qarşı 2021–2022-ci illərə aid ödənişlərin verilməməsi ilə bağlı qərar qəbul edir?
ASC rəhbərliyi məhkəmə iddiasına icarədarın audit yoxlamasında müəyyən edildiyi 10 min manatlıq ödənilməmiş icarə haqqı olduğun müdafiə edir. Lakin məhkəmə prosesində iddialar bir neçə dəfə dəyişdirilib, rəqəmlər artırılıb-azaldılıb və böyük fərqlər ortaya çıxıb. Bu isə audit yoxlama adı altında sahibkarlara qarşı talama aparıldığına işarə edir. Həmçinin məhkəmə qərarlarında şirkət vəkil xərclərindən əlavə dövlət rüsumlarının belə ödənilməsini icarədarlardan tələb edərək qərar qəbul edilməsinə nail olur. Təsüf hissi ilə qeyd etməliyik ki, keçmiş rəhbərin icarədarların icarə haqqından borclarının olduğu kimi ifadəsinə rast gəlinmir. Əksinə sabiq Direktor İ.Mahmudov icarədarların heç bir icarə haqqına görə borcunun olmadığı daim vaxtında ödənişlərinin edildiyi ifadəsidə məhkəmə tərəfindən heç cür nəzərə alınmayıb. Məhs məhkəmə qərarlarında "Karkas" ASC-nin rədd edilən bir iddiasına belə rast gəlinməyib.

Bu isə işin şəffaflığı ilə bağlı yeni şübhələr yaradır: əgər audit bir məbləği göstərirsə, məhkəmədə iddiaların dəyişdirilməsi hansı maraqlara xidmət edir?

Beləliklə, “Karkas” ASC ətrafındakı 2025-ci il qalmaqalı artıq sadəcə icarədarların ödənişləri ilə məhdudlaşmır. Hadisələr həm də vergi hesabatlarının düzgün aparılmaması, məhkəmə qərarlarının təzadlı olması və rəqəmlərin süni şəkildə dəyişdirilməsi ilə bağlı ciddi suallar doğurur.

Sahib Ağayevin müəyyən edə bilmədiyi mədaxil məxariclərini olduğu kimi biz sizə təqdim edək:
"Karkas" ASC 2022-ci ili 128 min 189 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 108 min 565 manat xalis mənfəət ilə bağlamışdı.
"Karkas" şirkətinin satışdan gəlirləri 2021-ci ildə 411 min 279 manat ikən, 2022-ci ildə 646 min 943 manata yüksəlib.
31 dekabr 2022-ci il tarixində "Karkas" ASC 606 min 902 manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 414 min 501 manat cəmi aktivlərə malik idi.

1998-ci ildə dövlət qeydiyyatına alınmış və 755 min manat nizamnamə kapitalına malik olan "Karkas" ASC-nin direktoru Mahmudov İlham İsa oğludur.

Yerli mətbuatda "Karkas" ASC-nin keçmiş milli təhlükısizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun biznesi olduğu barədə məlumatlar yer alıb.



****
Yuxarıda Qeyd edilən Eldar Mahmudovun oğluna məxsus olması hesabtlardanda aydındır. Odur ki, Sahib Ağayevin Eldar Mahmudovla hansı əlaqələrinin olması və "Karkas" ASC-yə necə direktor keçməsinin görünməyən simasına nəzər salaq. Sahib Ağayevlə Eldar Mahmudovu bağlayan hansı məqamlar mövcudur?
İnternet üzərində apardığımız araşdırmalardan ilk qabağımıza çıxan məlumatlardan aydın olur ki, Eldar Mahmudovun Sahib Ağayevlə əlaqələri bu günun əalqəsi deyil illərin münasibətinə dayanır. Odur ki, axtarışlardan əldə edilən məlumatın ilkinin sizlərə təqdim edirik.
Qeyd edək ki, Sahib Ağayev 2018-ci ildə MTN işində adı halanan və Məlumata görə, E.Mahmudovun rəhbərlik etdiyi qurumda dövlət əhəmiyyətli layihə üçün ayrılan vəsaitin təxminən 30 milyon manatı mənimsənilib, həmin vəsait başqa şirkətin hesabına köçürülərək ölkədən çıxarılıb.
İttihama əsasən, Sahib Ağayevin rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində MTN-in sifarişi ilə təhlükəsizlik məqsədli xüsusi avadanlıqların gətirilməsi və sistemin qurulması işini həyata keçirib. Lakin imzalanmış müqavilə şişirdilərək, 30 milyon manat Sahib Ağayevin xarici şirkətinə yönləndirilib. Bu işdə həmçinin Kanada vətəndaşı Kazem Askarinin də adı keçir.
S.Ağayevin fəaliyyəti və ona himayədarlıq edən şəxslərin əməlləri MTN ləğv edildikdən sonra üzə çıxıb. Bundan sonra o, axtarışa verilib və Qazaxıstanda saxlanılaraq Azərbaycana gətirilib.
Sahib Ağayev Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham olunurdu. Məsələnin tam qərarları ilə birgə dərc edilməsinə çalışacağıq.
Bakunews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Avqust 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri