Icma.az
close
up
RU
Karlovı Varıda 59 cu Beynəlxalq Kino Festivalı başa çatıb

Karlovı Varıda 59 cu Beynəlxalq Kino Festivalı başa çatıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Praqa, 14 iyul, AZƏRTAC

Çexiyanın Karlovı Varı şəhərində keçirilən 59-cu Beynəlxalq Kino Festivalı işini yekunlaşdırıb.

AZƏRTAC xəbər verir ki, kino müsabiqəsinin əsas mükafatı slovakiyalı rejissor Miro Remonun “Sıx meşədə dəli olmaq daha yaxşıdır” sənədli filminə təqdim olunub. Film Şumava dağ bölgəsinin qoruq meşələrində yaşayan qeyri-adi tənha qardaşlar – əkizlər Frantişek və Ondrjey Klişikdən bəhs edir. Onlar əziz ev heyvanları ilə əhatədə, sehrli bir dünyada “əbədi uşaqlar” kimi yaşayırlar.

Festivalın prezidenti mükafatına tanınmış montaj ustası İrji Brojek layiq görülüb. Onun kino karyerası 1970-ci illərdə başlayıb, o, İrji Mentsel, Vera Xitilova, Ladislav Smolyak, Karel Kaxinya və digər məşhur rejissorlarla çalışıb.

Münsiflər heyətinin xüsusi mükafatı iranlı rejissor Soheyl Beyraqinin “Bidad” filminə verilib. Film qadınlara demək olar bütün hüquqları qadağan edən sərt rejimə baxmayaraq, müğənni olmaq arzusundan vaz keçməyən bir qızın hekayəsindən bəhs edir.

Festivalda, həmçinin çexiyalı aktrisa Katerjina Falbrova “Xormeyster” filmindəki roluna görə yüksək qiymətləndirilib.

Gündəlik “Právo” qəzetinin tamaşaçı rəğbəti mükafatına isə festivalın prezidenti İrji Bartoşka haqqında “Bunu çərçivəyə salmalıyıq!” sənədli filmi layiq görülüb. Qeyd edək ki, İrji Bartoşka 2025-ci il mayın 8-də vəfat edib.

Kino sənətinə misilsiz töhfəsinə görə mükafat isə isveçli aktyor, prodüser və ssenarist Stellan Skarsqarda təqdim olunub. O, festivalda Yoakim Trieranın “Sentimental dəyər” (Sentimental Value) filmini təqdim edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 04:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri