Karni ABŞ nin sülh planı üzrə Zelenski ilə danışıqlar aparıldığını açıqlayıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Kanadanın Baş naziri Mark Karni bildirib ki, bazar günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq. Bu, ABŞ tərəfindən təklif olunan sülh planının müzakirəsi üçün tərəfdaş ölkələrin təhlükəsizlik üzrə müşavirlərinin bu gün Cenevrədə keçirilən görüşü fonunda baş tutacaq.
"Report"un "Reuters"a istinadən məlumatına görə, Kanada Baş naziri bunu Yohannesburqda keçirilən G20 sammitində jurnalistlərə açıqlamasında deyib.
Karninin sözlərinə görə, Avropa və digər Qərb liderləri 28 bənddən ibarət planı gələcək işlər üçün əsas kimi qiymətləndirirlər.
"Onların ümumi mövqeyi şənbə günü Vaşinqtona çatdırılıb. Sonrakı işlər milli təhlükəsizlik üzrə müşavirlərimiz tərəfindən həyata keçirilir. Mən bu məsələ ilə bağlı bəzi məqamları aydınlaşdırmaq üçün günün sonunda prezident Zelenski ilə danışacağam", – deyə o bildirib.
Karni həmçinin sülh planına münasibətini də açıqlayıb: "Bizə 1-ci bənd xoşdur. Ukraynanın suveren dövlət kimi tanınması yaxşı başlanğıcdır".
O əlavə edib ki, bazar günü Cenevrədə bir sıra digər məsələlər müzakirə olunacaq və nəticələr Vaşinqtona təqdim ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 23 Noyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















