Karol Navrotski polşalı hərbçilərin Ukraynaya göndərilməsini mənasız hesab edir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 9 sentyabr, AZƏRTAC
Fikrimcə, Polşa hərbçilərinin Ukraynaya göndərilməsi mümkün deyil və buna ehtiyac yoxdur. Mən buna razılıq vermək niyyətində deyiləm.
AZƏRTAC xəbər verir ki, Polşa Prezidenti Karol Navrotski bu barədə Finlandiya Prezidenti Aleksander Stubb ilə Helsinkidə keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Polşa lideri, həmçinin Ukraynaya qoşun göndərməklə bağlı müttəfiqlərin hələlik konkret açıqlamalarının olmadığını qeyd edib.
Karol Navrotskinin sözlərinə görə, belə bir addım atılsa, Ukraynaya NATO-nun şərq cinahı dövlətlərinin deyil, digər üzv ölkələrin hərbçiləri göndərilməlidir. Polşa Prezidenti, eyni zamanda, Varşavanın “uzunmüddətli sülhədək” Kiyevə dəstəyinin davam edəcəyinə vəd verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 09 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















