Karrikdən “bəy tərifi”
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik UEFA Çempionlar Liqasında İtaliyanın “Komo” klubu ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.
Futbolpress.az xəbər verir ki, ingiltərəli mütəxəssis həm öz komandasının son vaxtlardakı uğursuz zolağını təhlil edib, həm də rəqibin baş məşqçisi Sesk Fabreqasın fəaliyyətini yüksək dəyərləndirib.
Son altı qarşılaşmada qələbə qazana bilməyən Mançester təmsilçisinin “sükançısı” buraxılan səhvlərin inkişaf üçün vacib olduğunu qeyd edib:
“Yaxşı oyunlarımız olub, amma daha yaxşı çıxış edə biləcəyimiz və inkişaf etməli olduğumuz matçlar da keçirilib. Səhvlərə yol vermişik. Bu, futbolun bir hissəsidir və məhz belə hallar bizi irəliləməyə sövq edir.”
Karrik rəqib komandanın baş məşqçisi Sesk Fabreqasın “Komo”dakı fəaliyyətinə toxunaraq bunları əlavə edib:
“Seskin burada gördüyü işlərə, kluba və komandanın çıxışına böyük hörmətim var. Komandasının oyununa baxanda onun çox yaxşı ideyalara sahib olduğu və həqiqətən güclü kollektiv formalaşdırdığı aydın görünür. Ona böyük hörmət bəsləyirəm. O, fantastik futbolçu idi və karyeram ərzində qarşılaşdığım ən yaxşı oyunçulardan biri olub.”
Baxış sayı:100
Bu xəbər 21 Oktyabr 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















