Icma.az
close
up
RU
Karta ödədiyim pul yoxa çıxdı Məşhur ekspert bu qurumdan narazıdır

Karta ödədiyim pul yoxa çıxdı Məşhur ekspert bu qurumdan narazıdır

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

O bildirib ki, "işıq pulu" kimi ödədiyi ödənişlərin bir hissəsi yoxa çıxıb. Daha dəqiq desək, edilən ödənişlər qurum tərəfindən qeydə alınmayıb.  

E.Əfəndi başına gələnləri Ölkə.az-a danışıb. 

"2023-cü ilin sentyabr ayından köçdüyüm ünvana 10 gündür ki, yenidən qayıtmışam. Gələndən elektrik enerjisi qaydasında verilib. Sentyabrın 29-da gecə saat 23.30-dan işıq sönüb. Düşündüm ki, yəqin ödənişin olmaması ilə bağlıdır. Baxdım ki, 11 manat 10 qəpik borc var və ödədim.

Gözlədim ki, yəqin indi işıq yanar, amma yanmadı. Qəza xidməti ilə əlaqə saxladım, bildirildi ki,  sizin sayağacınız 2023-cü ilin oktyabr ayında dəyişdirilib. Buna görə də, smart tipli sayğaca ödədiyiniz ödəniş hesaba oturmur, gərək kart olsun. Deyirəm, yaxşı, sayağac dəyişilibsə, mənə niyə məlumat verilməyib ki, bir abonent olaraq sizin sayağacınız dəyişdirilir. Hətta bir həftədə iki dəfə sayağac yenilənib. Amma heç birindən mənim abonent olaraq məlumatım olmayıb. 

Baxıram, sayağac dəyişilib, lakin köhnə qutusu qalıb. Qutunu açdıqdan sonra yeni sayağac olduğunu görmüşəm. Sayğac yenidir amma kart yoxdur. Deyirlər, baxın kartı oralara hardasa qoya bilərlər. Baxıram, heç yerdə də kart yoxdur. Sonra dedilər ki, sabah yaxınlaşıb yenidən kart götürün. Qiyməti 15 manatdır. Evdə də iki uşaq, biri körpə, biri də məktəbli. İşıq yoxdur deyə, bilirsiniz ki, işığa bağlı olan digər prosedurları da icra etmək olmur. 

ASAN kommunala müraciət eləmişəm və yeni kart veriblər. “Azərişıq”ın əməkdaşından soruşuram ki, bəs mənim bu vaxta qədər ödədiyim ödənişlər necə olacaq? Müxtəlif dövrlərdə ödəniş etdiyim təsdiqləndi və deyildi ki, həmin ödənişlərdən sabit tarif əsasında 8 manat tutulub, qalan hissə də karta yatırılıb. Evə gəldim, kartı yaxınlaşdırdım sayağaca, yenə də işıq yanmadı. Sonra “Azərişıq”ın Yasamal rayon şöbəsinə yaxınlaşdım. Qutunun dəyişilməsi və elektrik verilişinin bərpası üçün nümayəndə göndərmələrini rica etdim. Karta da təkrar 70 manat ödədim və yenidən 8 manat tutuldu. Yaxşı, bu 8 manat nə üçün tutuldu? Axı bura qədər ödədiyim ödənişdən sabit tarif üçün tutulma olmuşdu?

15 manat pul verib kart almışam, əvvəl ödədiyim ödənişlər ümumiyyətlə yoxa çıxıb. Dünən ödədiyim 11 manat 10 qəpik də hara yoxa çıxdı, məlum deyil. 2 dəfə də 8 manat tutulub. Bir saatdan sonra “Azərişıq”ın əməkdaşı yaxınlaşıb, kartı yükləyib və ondan sonra işıq bərpa olunub. Dünən saat 12-nin yarısından işığımız sönüb və 12 saatdan çox işıqsız qalmışıq. 
Bu nə deməkdir, bu nə dərəbəylikdir? Həqiqətən də çox vicdansız yanaşmadır? Təxmini hesablamalarıma görə 50-100 manat yoxa çıxıb. Yəni təxminən 80-90 manata yaxın hissə görünmür. Hara yoxa çıxıb, bu neçə aylarda ödənən ödənişlər necə olub məlum deyil".

Ölkə.az məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu göndərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Sentyabr 2026 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri