Icma.az
close
up
RU
Kartdan istifadə edənlər oxusun Mərkəzi Bank hərəkətə keçdi, amma...

Kartdan istifadə edənlər oxusun Mərkəzi Bank hərəkətə keçdi, amma...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Son aylarda bank kartlarından oğurluq və fırıldaqçılıq halları ilə bağlı məlumatların azalması diqqət çəkib. Bir müddət əvvəl hər gün bu istiqamətdə müxtəlif məbləğlərdə oğurluqlar barədə xəbərlər yayılırdı. İndi isə vəziyyət sanki sakitləşib.

Bu, kiber cinayətkarlığın həqiqətən azalması, yoxsa xəbər axınının dəyişməsi ilə əlaqədardır?

Globalinfo.az-a danışan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev deyib ki, bu cür məlumatların azalması görülən effektiv tədbirlərlə bağlıdır:

Asif Rzayev

Azərbaycan Mərkəzi Bankı (AMB) və onun nəzarət subyektləri fırıldaqçılığa qarşı mübarizə mərkəzləri, işçi qrupları yaradıb. Eyni zamanda, vətəndaşların məlumatlılıq səviyyəsi artıb. Çünki banklar, ödəniş təşkilatları sosial media platformaları vasitəsilə maarifləndirmə işləri aparırlar. Daxili İşlər Nazirliyi və digər dövlət qurumları da bu istiqamətdə tədbirlər görür. Bundan başqa, AMB və kommersiya banklarının dələduzluqla mübarizə şöbələri qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Ən mühüm amil vətəndaşların maariflənməsidir. Artıq insanlar bilirlər ki, bank kartlarından vəsait hansı hallarda çıxıla bilər, buna görə də kart və şəxsi məlumatlarını üçüncü şəxslərlə paylaşmır, sosial mühəndislik hücumlarına qarşı daha diqqətli davranırlar”.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bu, kibertəhlükəsizlik sahəsində müsbət nəticələrin əldə edildiyini göstərir:

“Lakin bu azalma tendensiyasına ehtiyatla yanaşmaq lazımdır. Təcrübə göstərir ki, müxtəlif dövrlərdə belə enişlər müşahidə olunsa da, sonradan yeni ssenarilərlə artım halları baş verir. Azalmanın əsas səbəbləri kimi bankların təhlükəsizlik sistemlərinin gücləndirilməsi, süni intellektə əsaslanan monitorinq alətlərinin tətbiqi və əhalinin rəqəmsal savadlılığının artması göstərilə bilər. İndi bir çox banklar əməliyyatların avtomatik risk analizi, iki faktorlu identifikasiya və real vaxtda tranzaksiya nəzarəti kimi vasitələrdən geniş istifadə edir”.

Elvin Abbasov

Mütəxəssis qeyd edib ki, azalmalar sabit təhlükəsizlik göstəricisi deyil, daha çox dövri tendensiyadır:

“Kibercinayətkarlar daim yeni üsullar, sosial mühəndislik və fişinq ssenariləri üzərində işləyirlər. Ona görə də kibertəhlükəsizlik mədəniyyətinin davamlı inkişaf etdirilməsi əsas prioritet olmalıdır. Həm bank sektorunda, həm də istifadəçilər səviyyəsində texniki biliklərin artırılması, maarifləndirmə və qabaqlayıcı tədbirlərin tətbiqi gələcəkdə risklərin minimuma endirilməsində mühüm rol oynayacaq”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri