Icma.az
close
up
RU
Kartdan karta pul köçürənlərə vacib xəbər

Kartdan karta pul köçürənlərə vacib xəbər

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib.

Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsinin rəisi Rəşad Qasımov bildirib ki, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi və Xırda Ödənişlər üzrə Hesablaşma-Klirinq Sistemi üzrə xidmət haqqı tariflərinin yuxarı həddi müvafiq olaraq iki və 1.5 dəfə azaldılıb.

Banklararası Kart Mərkəzində emal olunan əməliyyatlar üzrə də xidmət haqları müəyyən edilib. Bu tariflər Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemlərinin iştirakçılarına, o cümlədən banklara, operatorlara və digər qurumlara şamil olunur. Müvafiq tariflər 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Yeni xidmət haqlarının vətəndaşlara kartdan-kartda ödənişlərdə təsir edib-etməyəcəyi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Mərkəzi Bankdan bildirilib ki, dəyişikliklər birbaşa qurumla banklar və digər maliyyə təşkilatları arasındakı münasibətləri və hesablaşmaları tənzimləyir: "Yəni bu, bankların Mərkəzi Bankın sistemlərindən istifadə edərkən ödədikləri xidmət haqlarıdır. Bu komissiyalar BKM-in iştirakçılarından tutulacaq".

Bəs yeni tariflər bankların daxili komissiya siyasətinə və vətəndaşların kartdan-karta pul köçürmələri üzrə xərclərinə necə təsir göstərəcək? Banklar əlavə xərcləri öz vəsaitləri hesabına qarşılayacaqlar, yoxsa komissiya tariflərində də dəyişikliklər gözlənilir?

BAKU.WS "Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir.

Vahid tarif cədvəli yaradılır

Bank eksperti Emin Kərimov deyir ki, yeni tariflər ekvayrinq xidməti göstərən və əməliyyatların icrasında iştirak edən tərəflər arasında xidmət haqlarının tənzimlənməsinə yönəlib. Onun sözlərinə görə, əsas məqsəd vahid tarif cədvəlinin yaradılmasıdır.

"A kartından B kartına və ya bir bankdan digərinə pul köçürülməsi qısa müddətdə həyata keçirilsə də, bu prosesdə bir çox qurum və struktur iştirak edir. Əməliyyat zəncirində iştirak edən tərəflərin hər birinin öz xidmət dəyəri var. Bu zəncirdə qiymətlərin süni şəkildə artmasının, tariflərdə pərakəndəliyin və qeyri-müntəzəmliyin qarşısını almaq üçün Mərkəzi Bank vahid tarif cədvəli müəyyən edib. Nəticədə bu sistemlərdən istifadə edən banklar müvafiq xidmət haqlarını əvvəlcədən biləcək və pul köçürmələrinin maya dəyərini hesablayarkən həmin tarifləri nəzərə alacaqlar".

Bankların yanaşması fərqli ola bilər

E.Kərimovun fikrincə, yeni tariflərin müştərilərə təsiri bankların bazardakı davranışından asılı olacaq. O hesab edir ki, iri banklar əlavə xərcləri öz əməliyyat gəlirləri hesabına qarşılaya, kiçik banklar isə müəyyən əməliyyatlar üzrə komissiya tətbiq edə bilərlər.

"Burada əsas məsələ, ilk növbədə, müştəri məmnuniyyətini qorumaq, eyni zamanda rəqabətə tab gətirməkdir. İri banklar əlavə xərcləri öz gəlirləri hesabına qarşılamağa üstünlük verə bilərlər. Müştəri portfeli daha kiçik olan banklarda isə bu xərclər daha çox hiss olunacaq. Buna görə də həmin banklar müəyyən əməliyyatlar, xüsusilə ikinci və üçüncü köçürmələr üzrə komissiya və ya faiz tətbiq edə bilərlər".

Yeni tariflərin effektivliyini qiymətləndirmək üçün vaxt lazımdır

Ekspert bildirir ki, yeni tariflərin effektivliyini qiymətləndirmək üçün müəyyən vaxt tələb olunur. Bazarın reaksiyası əməliyyatların həcmi və təyinatı, eləcə də bankların bazardakı payı kimi bir sıra amillərdən asılıdır.

"Bu proses aylarla, hətta bir-iki il və ya daha uzun müddət davam edə bilər. Bazarın gedişatını müşahidə etdikdən sonra tariflərin nə dərəcədə effektiv olduğunu müəyyənləşdirmək mümkün olacaq. Bundan sonra bəzi tariflərin azaldılması, digərlərinin isə artırılması məsələsinə yenidən baxıla bilər. Tariflərin bazara və müştərilərə təsiri qaydalar qüvvəyə mindikdən sonra bazar iştirakçılarının davranışları əsasında qiymətləndirilə biləcək. Bu təsirlər əməliyyatların həcminin azalması, minimum əməliyyat məbləğinin müəyyənləşdirilməsi, bankın öz hesabları arasında köçürmələrə tarif və ya komissiyaların tətbiqi formasında özünü göstərə bilər".

Nəticə bankların tarif siyasətindən asılı olacaq

Bank eksperti İsmayıl Məmmədov bildirir ki, yeni tariflər vətəndaşların kartlarından tutulan komissiyalar deyil. Söhbət bankların və ödəniş təşkilatlarının kartdan-karta (C2C) əməliyyatları üzrə banklararası hesablaşmalar və ödəniş infrastrukturu mərhələsində ödədikləri xidmət haqlarından gedir.

Onun sözlərinə görə, yeni qaydalar əvvəlki dövrdə banklar arasında fərqli yanaşmaların mövcud olduğu bu sahədə daha vahid və şəffaf tarif çərçivəsi yaradır.

"Əsas fərq banklararası C2C hesablaşmaları üçün vahid tarif çərçivəsinin müəyyən edilməsidir. Bu, banklara infrastruktur xərclərini əvvəlki kimi qeyri-müəyyən şəkildə deyil, daha standart qaydada hesablamağa imkan verir. Yeni tariflərin tətbiqi avtomatik olaraq vətəndaşlar üçün köçürmələrin bahalaşması demək deyil. Yekun nəticə bankların tarif siyasətindən asılı olacaq".

Bazarda rəqabət güclü olarsa...

İ.Məmmədovun fikrincə, banklar əlavə xərcləri öz üzərlərinə götürə və ya onları müştərilərdən tutulan komissiyalarda nəzərə ala bilərlər. Bu seçim bankların maliyyə imkanlarından və rəqabət mühitindən asılı olacaq.

"Əgər bank üçün maliyyə yükü azalarsa və bazarda rəqabət güclü olarsa, bunun müştərilərə daha aşağı komissiya kimi yansıması gözlənilə bilər. Əks halda, bank əlavə xərcləri və ya gəlir itkisini müştəri tariflərinə daxil edəcək. Komissiyalar artırılarsa, kartdan-karta tez-tez pul köçürən vətəndaşların gündəlik xərcləri də artacaq. Komissiyalarda dəyişiklik olmazsa, xüsusilə kiçik məbləğli köçürmələrdə ciddi fərq yaranmayacaq".

Ekspert hesab edir ki, komissiyaların artması vətəndaşların alternativ ödəniş vasitələrinə marağını da gücləndirə bilər.

"İstifadəçilər daha sərfəli seçim kimi rəqəmsal cüzdanlara, eləcə də ödəniş tətbiqlərinə üz tutacaqlar. Amma ümumilikdə yeni tariflərin tətbiqi avtomatik olaraq vətəndaşlar üçün bahalaşma demək deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 Oktyabr 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri