“Kartdankarta” işləyən daha 593 sahibkar cəzalandırıldı Yeni Çağ Media
Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nəzarət tədbirləri nəticəsində ümumilikdə 593 ticarət və iaşə obyektində ödənişlərin sistematik şəkildə POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə şərait yaradıldığı aşkarlanıb.
Bu barədə Yenicag.az DVX-ya istinadən xəbər verir.
Məlumata görə, həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib:
“Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçılara elektron ödəniş imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir”.
Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur./Trend
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 17 Dekabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















