Icma.az
close
up
RU
Kartlara tətbiq edilən limitlərlə bağlı Açıqlama

Kartlara tətbiq edilən limitlərlə bağlı Açıqlama

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı açıqlama yayıb.

Axşam.az-ın məlumatına görə, açıqlamada bildirilib ki, mövcud qaydalara əsasən, əməkhaqqı, pensiya və digər sosial ödənişlər üçün nəzərdə tutulan kartlar, sahibkarlıq hesablarına bağlı ödəniş kartları, eləcə də depozit hesablarına bağlı kartlar istisna olmaqla, hər bir bankın təqdim etdiyi hər bir kart məhsulu üzrə milli valyutada 1, xarici valyutada isə 1 ödəniş kartı nəzərdə tutulur.

Bu o deməkdir ki, müştəri bankın təqdim etdiyi müxtəlif kart məhsullarının hər biri üzrə ayrıca kart əldə edə bilər.

Elektron pula bağlı ödəniş hesabları üzrə isə baza yanaşması milli valyutada 2 hesab, hər bir xarici valyuta üzrə isə 1 hesab müəyyən edir.

ABA onu da qeyd edib ki, bu limitlər baza xarakterlidir və qəti məhdudiyyət kimi tətbiq olunmur. Risk əsaslı yanaşma çərçivəsində istifadəçi kart və ya elektron pul hesabından istifadə məqsədini əsaslandıra bildiyi, əməliyyatların müştəri barədə mövcud məlumatlarla uyğun olduğu və hesabların qeyri-qanuni məqsədlər üçün istifadə edilmədiyinə əminlik yarandığı halda, bank və ya elektron pul təşkilatı həmin limitləri konkret müştəri üzrə artıra bilər.

Assosiasiya vurğulayıb ki, yanaşmanın məqsədi vətəndaşların ödəniş imkanlarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etmək və təhlükəsiz, dayanıqlı ödəniş ekosistemi formalaşdırmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://axsam.az
archiveBu xəbər 24 Sentyabr 2026 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri