Icma.az
close
up
RU
Kartlarla tapılan ağrı: burunla nəfəs almaq şərt imiş AÇIQLAMA

Kartlarla tapılan ağrı: burunla nəfəs almaq şərt imiş AÇIQLAMA

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

“Deyək ki, insanın bel ağrısı var və o, fiziki olaraq lazım olan hər şeyi edir, amma ağrı keçmir. Bu halda kartlarla işləməyi təklif edirəm. Bu yolla biz müəyyən edə bilərik ki, insanın ağrısı hansı hisslər, hansı duyğulardan bəhs edə bilər və metaforik kartların köməyi ilə bu məlumat şüuraltından çıxır. Yəni çox vaxt insan bir sorğu ilə gəlir, amma başqa bir şey ortaya çıxır və kartlar bu məsələdə kömək edir”.
Ölkə.Az xəbər verir ki, bu sözləri yoqa müəllimi Qafar Qənizadə Azərtac-a müsahibəsində deyib.
Onun fikrincə, dünyada bir nömrəli problem insanların nəfəs almasını dəyərsizləşdirməsidir: “Burundan sadə təbii nəfəsalma. İnsan ağızdan nəfəs almaq üçün yaradılmayıb. Burunda mayenin saxlandığı xüsusi boşluqlar var - oksigen burun dəliklərindən keçdikdə o, bu maye ilə zənginləşir və oksigenin qanda daha tez, asan və təbii şəkildə həllinə kömək edir və beləliklə, bu proses ürəyi həddindən artıq yükləmir. Yəni insan ağzından nəfəs alırsa, deməli, ürək-damar sistemində problemlər var. Hətta insan idmanla məşğul olursa, düzgün qidalanırsa, hər şeyi düzgün edirsə də, lakin ağzından nəfəs alırsa belə, onun yuxu, sinir sistemi, həzm - hər şeylə bağlı problemləri olacaq. Nəfəs vermək də burundan olmalıdır. Məktəbdə uşaqlara bunu öyrətsəydilər, əla olardı. İnsanın sinir sistemi burun dəlikləri ilə bağlıdır. Yoqada qadın və kişi enerji kanalları anlayışı var: ida və pinqala. Sol burun dəliyindən fəal nəfəs aldıqda parasimpatik sinir sistemi aktivləşir, bədəndəki proseslər yavaşlayır, sakitləşir - bu, axşam saat 5-6-dan sonra baş verir. Günün birinci yarısında sağlam insan sağ burun dəliyindən daha aktiv nəfəs alır. Bədən anlayır ki, oyanmaq vaxtıdır. Bu, düzgün işləmirsə, biokompüteriniz hansı vəziyyətdə olduğunuzu, nə baş verdiyini başa düşməyəcək – o, oyaqdır, istirahət edir, uzanır, yoxsa qaçır? Bu, çox vacibdir. Üstəlik, yalnız sol burun dəliyinizdən nəfəs alsanız, təzyiq aşağı düşəcək, yalnız sağ tərəfdən yüksələcək. Növbə ilə olsa, normallaşacaq”.
Q.Qənizadə burunla nəfəs almağa diqqət yetirməyi tövsiyə edib: “Oksigen həyatdır. Biz həyatla nəfəs alırıq. Yəni insan həyatı qəbul edə bilmirsə, özünü sevmir və ya Yaradanın sevgisinin ona yaxınlaşmasına imkan vermir. Bizim ruhumuz işıq və sevgi enerjisidir. Hər kəs bu həyata Yaradanın resursu ilə gəlir. Hər kəs özünü sevməli və Yaradandan gələn bu sevgini qəbul etməyə imkan verməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Yanvar 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri