Icma.az
close
up
RU
Kartofun qiymətindəki dəyişikliyə rəsmi münasibət

Kartofun qiymətindəki dəyişikliyə rəsmi münasibət

Icma.az, Milli.az saytına istinadən bildirir.

Son günlər bazarlarda kartofun qiymətində dəyişiklik müşahidə olunur. Belə ki, hazırda piştaxtalarda təklif olunan kartofun bir kiloqramının qiyməti 1.50-2 manat arasında dəyişir. Bu isə ötən aylarla müqayisədə təqribən 25-50% artım deməkdir. Sözügedən məhsul üzrə daxildə istehsal, eləcə də, ixrac, anbarlarda məhsul həcmi və mövsümi təsirlər kartofun qiymətində artıma necə təsir edir?

Digər malların, o cümlədən, kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur...

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən sorğusuna cavab olaraq bildirilib ki, digər malların, o cümlədən, kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur.

Vurğulanıb ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı Qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib. Həmin siyahıya daxil olan mal, iş və ya xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların, o cümlədən kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur.

Bundan əlavə, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir.

İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur. İstehlakçı onların arasından qiyməti və istehlak xassələri uyğun olan malı öz ehtiyacına görə sərbəst seçərək ala bilər".

Mövsümi faktorlar səbəbindən məcmu tələbin və ya təklifin artması və ya azalması istehlak bazarında qiymətlərə təsir edə bilir...

Dövlət Agentliyindən verilən məlumata əsasən, kənd təsərrüfatı məhsullarından olan kartofun qiymətinin dəyişməsinə bir sıra amillər, o cümlədən, mövsümi faktorlar təsir göstərə bilər:

"Bəzi mövsümlərdə müəyyən məhsulların istehsalı, idxalı mümkün olmur və ya müəyyən dövrlərdə bəzi məhsullara olan tələb həcmi kəskin dəyişir. Müşahidələr göstərir ki, mövsümi faktorlar aradan qalxdıqdan sonra adətən istehlak bazarında qiymətlərdə azalma qeydə alınır.

Daxili bazarda qiymət dəyişiklikləri zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasının araşdırılması məqsədilə istehlakçılar tərəfindən geniş istifadə edilən bir sıra ərzaq məhsullarının dünya bazar qiymətləri, onların dinamikası və dəyişmə meylləri barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən mütəmadi monitorinq və təhlillər aparılır".

Agentlik qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarəti həyata keçirərkən pozuntu aşkar etdikdə qanunvericiliyə uyğun tədbirlər görür...

Məlumatda həmçinin vurğulanıb ki, qiymət artımının rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə həmin məsələyə mahiyyəti üzrə baxıla bilər.

"İstehlakçılar və sahibkarlar rəqabət qanunvericiliyinin pozulması halları ilə rastlaşdıqda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər", - deyə dövlət xidmətindən qeyd olunub.

İqtisadçılar isə hesab edirlər ki, kartofun bahalaşmasına hər nə qədər mövsümi faktorlar təsir göstərsə də, həmçinin, yanacaq və idxal xərclərindəki dəyişikliklər də müəyyən mənada təsirsiz ötüşmür.

İqtisadçı Xalid Kərimli Trend-ə açıqlamasında kartofun bahalaşmasına təsir edəcək bir sıra amillərin olduğunu və ötən ilin ikinci yarısından dizel yanacağının və benzinin qiymətinin bahalaşmasının ümumilikdə kənd təsərrüfatı məhsullarında artıma gətirib çıxardığını bildirib:

"Bu ilin yanvar ayından işıq, qaz qiymətlərində dəyişikliklər, eyni zamanda minimal əməkhaqqında artımlar sahibkarların xərclərini daha da artırıb. Çünki indiki dövrdə bazara çıxarılan məhsulların əsas mənbəyi saxlanclar, parniklərdir.

Həm yanacaq xərclərinin artması, eyni zamanda, işıq və qaz qiymətlərində dəyişiklik və minimal əməkhaqlarının artması həm anbarlarda saxlanma qiymətlərinin, həm də daşınma, yükləmə xərclərinin artmasına gətirib çıxarır. Nəticə etibarilə indiki mərhələdə bazarlara çıxarılan məhsullar, eləcə də kartof daha baha başa gəlir".

"Bununla yanaşı, idxal olunan məhsulların da qiymətində bahalaşma var. Ölkədaxili faktorlarla yanaşı, qonşu dövlətlərdə olan inflyasiyalar, qiymət artımları ölkəyə idxal məhsullarının qiymətinə də təsirsiz ötüşmür.

Bundan başqa, mövsümi faktorlar da qiymətlərə müəyyən dərəcədə təsir edir. Çünki bu dövrlərdə daha çox yığımlardakı məhsullar bazara çıxarılır, ehtiyat tükənir. Amma tədricən havalar isindikcə, yeni məhsullar bazara çıxarıldıqca qiymətlər bir qədər aşağı düşəcək", - deyə iqtisadçı əlavə edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan 113 ton miqdarında, 34 min ABŞ dolları dəyərində kartof ixrac edilib. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara görə, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 172 ton və ya 2,5 dəfə, dəyər ifadəsi ilə 54 min ABŞ dolları, yaxud da 2,6 dəfə azalıb. Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycandan 285 ton miqdarında, 88 min ABŞ dolları dəyərində kartof ixrac edilib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Mart 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri